Aşağdakı Mövzular izah olunub
- CSS-in əhəmiyyəti
- CSS Çağırma yolları
- Şərhlər
axırıncı dəyişikliklər (25.01.12 19:52)
|
Evinizdə və ya ofisinizdə uzaq, qoşulması çətin olan yerdə internetə qoşulmaq istəyirsiniz? Cisco maksimum 200 Mbit/saniyə sürətli internet şəbəkəsini elektrik enerjisinin vasitəsilə evinizdə yaymağa kömək edəcək qurğu təklif edir. Ardını oxu... Yeni şərh əlavə et
axırıncı dəyişikliklər (25.01.12 19:18)
Proqramlaşdırmada ən çox bilinən anlayışlardan biri də dəyişən anlayışıdır.Bu anlayış hesablama vaxtı bəzi qiymətləri yaddaşda saxlamaq zərurətindən üzə çıxmışdır.Məlum olduğu kimi bir çox proqram çalışarkən müxtəlif hesablama əməliyyatları aparılır.Bu hesablamlar zamanı nəticəni və bəzi qiymətləri(dəyər) yenidən istifadə etmək üçün onları dəyişənlərdə saxlayırlar.Dəyişənlər isə komputerin yaddaşında yer tutur və ancaq proqram işləyərkən onları istifadə etmək olur.Proqram sonlandığı andan etibarən dəyişənlərdə saxlanılan dəyərlər silinir.Bu dəyişənləri yaddaşda saxlmaq üçün xüsusi tiplər mövcuddur.Əsasən iki tip mövcuddur.İlk olaraq sadə( primitiv ) tiplər var.Bu tipdən başqa da ,Java tam mənada obyektyönümlü dil olduğu üçün Javada obyekt tiplər(referans) mövcudur.Ən çox istifadə olunan sadə tiplərdir çünki o yaddaşda az yer tutur,amma bir mənfi cəhəti var ki öz methodları yoxdur.Obyekt tiplər isə sadə tipdən daha çox yer tutur,amma yaxşı cəhəti ondadır ki üzərində müztəlif əməllər aparmaq üçün çoxluca methodu vardır.Bu gün biz əsasən sadə tiplərə baxacayıq.Obyekt (class) anlayışı verdikdən sonra obyekt tipləri nəzərdən keçirəcəyik.İndi sadə tipləri aşağdakı kateqoriyalara ayıra bilərik. 1.Tam Tipli dəyişənlər.Bu kateqoriya ya Tam tipli dəyişənlər ibarətdir.Yəni kərs hissəsi olmayanlar.Bu kateqoriyaya əsasən 4 tip daxildir:byte,short,int və long.Bu tiplərə də bir-birindən yaddaşda tutuğu yerə və dəyişənləri özündə saxlama intervalına görə fərqlənir. 2.Həqiqi tip dəyişənlər.Bu tip dəyişənlər qiymətləri həqiqi tip olur.Bəzən kəsrli dəyişənlərə də deyilir.Bu kateqoriyaya əsasən iki tip daxildir.float və double:double floatdan fərqli olaraq dəyişənləri iki qat dəqiqliklə göstərir. 3.Simvol tip dəyişənlər.Bu kateqoriyanın adından da məlum olduğu kimi bura simvollar daxildir.İstifadə etdiymiz əlifba,rəqəmlər,duğu işarələri və s. Bunların hamsı birər simvoldur və proqramlaşdırmada bu tipə daxildir.Yadınızda saxlayın ki bu tipli dəyişənlər yanlız bir simvol vermək olur və bunu tək dırnaq işarəsinin daxilində veririk.Bu kateqoriyaya char tipi daxildir. 4.Məntiqi tip dəyişənlər.Bəzən proqramda elə olur ki bizə riyazi hesablamalar və simvollardan başqa tip lazım olur.Proqramda hə və ya yox deyəcək bir tip.Bu kateqoriya daxil olan tip boolean tipidir.Bu tip dəyişənlər yanlız iki qiymət alır True(doğru) ya da False(yanlış) Ümumi olaraq bütün kateqoriya və tipləri birləşdirsək aşağdakı kimi bir cədvəl alarıq.
axırıncı dəyişikliklər (19.01.12 07:19)
Əgər siz öz dəyərli iş fayllarınızı daşınabilinən yaddaşda çox güvənli şəkildə saxlamaq istəyirsinizsə Rocstor sizin üçün yeni imkan yaradıb. axırıncı dəyişikliklər (22.01.12 21:25) Bu mövzuda biz ilk proqramı yerinə yetirmək barədə danışacağıq. Yəni C dilində proqram yazmaq üçün bizə nə lazımdır, bunları haradan əldə edə və necə işlək vəziyyətə gətirə bilərik. Sonda hər şeyin qaydasında olduğunu yoxlamaq məqsədilə test proqram yerinə yetirəcəyik. C dilində və istənilən digər dildə proqram yazmaq üçün bizə kompüter, əməliyyatlar sistemi, kompilyator və mətn redaktoru proaramları lazımdır. Kompüter məsələsi aydındır. Əməliyyatlar sistemi. ---- Hal-hazırda geniş yayılmış 2 əməliyyatlar sistemi ailəsi mövcuddur. UNİX tipli sistemlər və Windows sistemləri ailəsi. Windows əməliyyatlar sistemi. Windows istifadəçilər üçün çox rahatdır, amma Windowsla bağlı bir çox proqramçıların mövqeyi müsbət deyil. Məsələ ondadır ki bir çox CPU(prosessor) arxitekturaları qoruyucu rejimdə(əsas işçi rejim) işlədikdə yaddaşı(RAM) seqmentlərə bölür və bir seqmentin proqram kodunun digər seqmentə müraciət etməsinin qarşısını alır(qoruyur). Belə halda kompüterdə yerinə yetirilən proqramlar 2 qrupa bölünür. Yüksək prioritetli seqmentlərə yüklənmiş proqramlar. Bu proqram kodlarına aiddir nüvə(kernel) kodu. Driverlər, yaddaşın, şəbəkənin, fayllar sisteminin, proseslərin idarə olunması və bir çox digər işləri yerinə yetirən proqram kodları bu qrupa daxildir. Bu proqramlar kompüterin bütün resurslarına (portlar v.s.) tam nəzarət edir və onlar yaddaşın istənilən segmentinə istənilən müraciəti edə bilərlər.axırıncı dəyişikliklər (09.01.12 20:16) |









