Forums - İT də İxtisas seçimi

Forums

Tam Versiya: İT də İxtisas seçimi
Hal-Hazırda tam olmayan bir versiyana baxırsınız. Tam versiya
İT sahəsinə yeni gələn hamı bu problemlə qarşılaşır.Dəqiq hansı sahəyə gedəcəyini bilmədiyindən çox vaxt itirirlər bunun qarşısını almaq üçün gəlin hamı İT də hansı ixtisaslar var və nələri öyrənmək lazımdı bu barədə bildiyini bölüşsun.yeni başlayanlarda bu mövzudan çox sey götürəcəklərinə inanıram.


Vaxt ayırıb mövzuya baxdığınız üçün təşəkkür Smile
İlk olaraq mən bildiyimi bölüşüm.Yəqin ki hamınız bu ixtisası bilirsiz "proqramçı" Smile proqramçılarda hazırda müxtəlif sahələr ayrılırlar Masa üstü proqramlaşdırma var ki bu hazırda geridədir,Web proqramlaşdırma var ki bu günümüzün sahəsidir çünki artıq elə bir dövrə gəlib çıxmışıq ki hər şeyi internetdə edirik,günümüz internet qabağında keçir,bir də Mobil proqramlaşdırma var ki bu son vaxtlar çox papuliyarlaşıb !

Masa üstü proqramlaşdırma üçün dillər:əsasən C# və Java günümüzdə dəbdədir bunlardan başqa Delphi,C/C++ və s.

Web proqramlaşdırma: əsasən PHP və ASP.net bundan Servlet,Jsp,Python,Ruby və s.

Mobil proqramlaşdırma: Android proqramlaşdırma üçün Java,İOS proqramlaşdırma üçün Objective C və s.
Murad indi nəticə noldu?)Hansi sahede ixtisaslaşmaq istəyirsən?
Men ozum Masaüstü və Mobil proqramlaşdırma seçirəm.Çalışaq bu yolda irəliləyək.Uğurlar hamıya Smile)
Note:Dil olaraq məsləhətim Java :)Başqa dilə keçib özünüzü yormayın.Əvvəl-axır Javaya gələcəksiz))
(01-17-2012 07:55 AM)Ilsebay deyib [ -> ]Murad indi nəticə noldu?)Hansi sahede ixtisaslaşmaq istəyirsən?
Men ozum Masaüstü və Mobil proqramlaşdırma seçirəm.Çalışaq bu yolda irəliləyək.Uğurlar hamıya Smile)
Note:Dil olaraq məsləhətim Java :)Başqa dilə keçib özünüzü yormayın.Əvvəl-axır Javaya gələcəksiz))

Ilsebay mən çoxdan qərarımı vermişəm hansı sahəyə gedəcəyimi,məqsədim qərarsiz olanlara kömək eləmək idi.Bildiyin sahələrdən bura qeyd eləsəydin səndən lap razı qalardıq . Sənə uğurlar Smile
Bilirsiz IT sahəsi həddindən artıq geniş bir sahədir. Bu bölmənin açılması da ondan irəli gəlir ki, tam yazılardan bir nəticə çıxarıb bütün yeni başlayanları istiqamətləndirməkdir.
Elviz müəllim zəhmət olmasa sizdə bildiyiniz ixtisaslardan yazardız
Mən Proqramlaşdırma sahəs haqqqında məlumat verəcəm. Bu ixtisasa maraqı olanlar üçün yaxşı olacağını düşünürəm.

1. Proqramlaşdırma - Bu sahə demək olar ki İT-də ən məşhur ixtisaslardan birdi. Bu ixtisas digər ixtisaslardan hər cəhətdən üstündür. Bunun ən əsas səbəbi də odur ki bütün komputer proqramlar ilə işləməsidir və bu proqramlar da proqramlaşdırma sahəsində yaradılmasıdır.
Proqramlaşdırm özü də bir neçə sahəyə ayrılır. Bu sahlər "Sistem Proqramlaşdırma", "Masa Üstü Proqramlaşdırma", "Veb Proqramlaşdırma".
Bu sahələri qısaca belə izah edərdim.

Sistem Proqramlaşdırma ən çətin proqramlaşdırma sahəsidir və eyni zamanda ən çox gəlirli sahədir. Sistem proqramlaşdırma dedikə, hər hansı yeni elektron cihazlar üçün proqramların hazırlanmsından bəhs edilir. Belə proqramlara əsaən bütün növ elekrton cihazlarda var. Bu cihazlara nümunə olaraq: təyyarə, avtomobil, komputer, peyk, dvd player, telefon. Ən əsas olaraq digər proqramlaşdırma sahələri sistem proqramlaşdırmanın üzərində yaranıb. Sistem proqramlaşdırma olmasaydı, heç bir proqramlaşdırma sahəsi olmazdı. Bu ixtisası bilən elektronika ilə bağlı 80% istədiklərini edə bilər. Məsələn robot yarada bilər. Çox pul istəyən olsa bu sahəyə yönəlsin.

Masa Üstü Proqramlaşdırma isə öz növbəsində məşur sahədir. Komputerdə istifadəçinin gördüyü bütün hər şey masa üstü proqramlaşdırma sahəsində yaradılır. Bu sahə də gəlirli sahələrdən sayılır. Bu sahədən işləyən üçün əsasən hansısa şirkətlət üçün xüsusi proqramlar hazırlayır. Bu proqram hansı proqramlaşdırm dili ilə ediləcəyi isə proqramçıdan aslıdır.

Veb Proqramlaşdırma bu sahə intertnet üzərində işləyən proqramlar hazırlanır. Bir eybi ondadı ki internet olmasa proqram çox da vacib sayılmır. Ancaq bu tip proqramları internet olmadan da işlətmək olur. Proqram dedikdə veb sayt nəzərdə tutulur. Bu sahədə işləyən müəyyən veb proqramlaşdırma dillərini bilməlidi. Bu sahə yuxarıda qeyd olunan bütün sahələrin altında yerləşir. Yəni Sistem Proqramlaşdırma, masa üstü proqramlaşdırmanı idarə edir. Masa üstü proqramlaşdırma isə veb proqramlaşdırmanı idarə edir. Buna baxmayaraq bəzən ən çox gəlir gətirən sahə də olur.
Məlumatlar üçün Çox sağol Subhan,amma nədənsə mən ancaq proqramlaşdırma sahəsinə aid informasiyalar görürəm başqa sahənin adını çəkən yoxdu nədənsə.İstərdim başqa sahələr haqqında da məlumat olsun.Məsələn:DatabaseAdministrator,Şəbəkə administratoru,dizayner və s. IT çox geniş bir sahədi Smile
Proqramlaşdırma sahəsinə aid məlumatım daha çox olduğu üçün o sahə haqqda yazmaq istədim. Digər sahələr haqqında inşallah kimsə maraqlansa ətraflı məlumat verməyə hazıram.
Mən sizə qısa olaraq dizayn sahəsini yazım ancaq daha sonra onu daha da geniş yazaram.
Dizayn sahəsi əsas olaraq poliqrafiya dizayni, veb dizayn, 3d dizayn, arxitektura dizaynı kimi sahələrə bölünür.
Bu sahədə Veb dizayndan yazacam ancaq sonra digər sahəsini izah edəcəm.
ilk olaraq bu sahədə Photoshop, corel Draw, İndesign, İllustrator proqramlardan birini bilmək tam kifayət edir. Bu proqramların köməyi ilə siz istənilən saytın dizaynını çəkə bilərsiniz. Ancaq bunlardan ən çox Photoshop proqramını məsləhət görürəm. Çünki vyorska zamanı şəkilləri kəsdikdə ən optimal Photoshop proqramıdır. Gələcəkdə buna aid dərsdə inşallah hazırlayacm.
Referans URL