free counters

 

statcounter free invisible

Banner

Adobe Illustrator vasitəsilə aşağıdakı şəkildə 3D diaqramı yaradaq.

1. Pie Graph Tool alətini secib işçi oblastda vurun və diaqramın enini və hündürlüyünü daxil edin, bu misalda 200x200 olçüləri verilib:

Verilənlərin daxil edilməsi üçün cədvəl ekrana çıxacaq. 15,55,30 ədədlərini daxil edin və sağda yuxarıdakı işarəni vurun və cədvəli bağlayın.



2. İndi diaqramın hər bir hissəsinə rəng və forma vermək üçün onları qrupdan azad etmək lazımdır. Bunun üçün Object>Ungroup seçin və ya Ctrl+Shift+G düymələrini vurun. Bu zaman xəbərdarlıq pəncərəsi çıxacaq və bildirəcək ki, əgər qrupdan azad etsəniz bu diaqramdakı verilənləri dəyişə bilməyəcəksiniz. Yes düyməsini vurun. İndi isə bir daha qrupdan azad edin, bu dəfə siz diaqramı deyil alınmış obyekti qruplaşmadan azad edirsiniz. İndi isə rəngləri istədiyiniz kimi dəyişin.

3. Diaqramın istənilən hissəsini seçin və Effect>3D>Extrude&Bevel tətbiq edin.


Əgər pəncərənin aşağı hissəsi görünmürsə onda More Options düyməsini vurun. İndi isə kubu X-Y-Z oxları ətrafında fırlada bilərsiniz. Extrude Depth parametrinin qiymətini dəyişə bilərsiniz. Bundan başqa New light düyməsini vurmaqla əlavə işıqlandırma mənbəyi daxil edə bilərsiniz.
İndi isə diaqramın seçdiyiniz hissəsini yenidən seçib həmin hissənin xassələrinə malik qrafik stil yaratmaq üçün Graphic Styles panelində New Graphic Style düyməsini vurun. Əgər bu panel aktiv deyilsə Shift+F5 vurmaqla və ya Window>Graphic Styles seçməklə onu aktiv edin.

İndi isə diaqramın digər hissələrini seçib onlara bu stili tətbiq etmək lazımdır:

Və sonda Selection Tool vasitəsilə diaqramın hər hansı hissəsini seçib maraqlı effekt yarada bilərsiniz.

axırıncı dəyişikliklər (14.01.12 09:56)

 

Şərhər  

 
0 #2 ismayil 2011-06-02 07:04
ela birinci defedi bele bir yenilik gordum
Sitat
 
 
0 #1 oliqarx07 2010-02-01 14:31
super dersdir ardini gozleyirem
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511759
 7 qonaq