|
Ümumiyyətlə Photoshop-da rəng dəyişməyin bir çox üsulu var indi onlarda birindən istifadə edərək gözün rəngini dəyişməyi göstərək. Bu üsulu təkcə gözdə yox paltarın sacın və.s tez bir zamanda rəngini dəyişmək üçün istifadə edə bilərsiniz. |
||
![]() |
||
|
Gözün içini seçin, kim necə rahatdı elə seçə bilər, şəkilin görünüşünü böyüdün ki rahat seçə biləsiniz (klaviaturada Ctrl və + düyməsini basın) mən birinci alətlə Elliptical Marquee Tool (M) (Эллиптический) gözün içini seçirəm (seçəndə bir balaca gözün üst qapağı da seçildi, ona görə klaviaturada Alt düyməni basılı saxlayaraq həmin alətlə artıq seçiləni hissəni ləğv edirəm, şəkildəki kimi yalnız gözün rəngini dəyişmək istədiyimiz hissəni seçmək lazımdı). |
||
![]() ![]() ![]() |
||
|
Hə indi gələk rəngi dəyişməyə, menyudan Image-->Adjust-->Hue/Saturation (Изображение->Коррекция->Цветовой тон/Насыщенность) seçin yada klaviaturada Ctrl və U düymələrini eyni zamanda basın. Acılan pəncərədə (səkildəki kimi) 1. Colorize (Тонирование) qarşısına işarə qoyun, sonra pəncərədəki oxları sağa sola sürüşdürməklə xoşunuza gələn rəng verə bilərsiniz. |
||
![]() |
||
| Qeyd: Rəng verəndə xanadakı rəqəmləri yadınızda saxlayın, ikinci gözü rəngləyəndə həmin rəqəmlər lazım olacaq əks halda gözlərin rəngi müxtəlif olma ehtimalı yüksəkdi. Yenə də qızın gözünün təbii rəngi daha yaxşı idi !!! |
||
![]() ![]() ![]() Öz əl işlətinizi forumda yerləşdirin və müzakirə edin. |
||
axırıncı dəyişikliklər (02.01.10 13:38)












Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.