Qeyd edək ki, Apple şirkətinin kompüterləri üçün Office paketini Amazon internet-mağazasından əvvəlcədən sifariş etmək mümkündür. Ev istifadəçisi üçün proqramın (Microsoft Office for Mac Home and Student) qiyməti 120 ABŞ dolları təşkil edir. Buraya Word, Excel və PowerPoint redaktor əlavələri daxildir.
200 dollar ödəməklə Office-in Outlook poçt proqramı ilə təchiz edilmiş, yəni Microsoft Office for Mac Home and Business versiyasını sifariş etmək olar.
Microsoft korporasiyasının nümayəndələrinin sözlərinə görə, tərtibatçılar paketin proqramlarının iş sürətini xeyli artırıb və yüklənmə müddətini azalda biliblər.
Bundan əlavə Microsoft tərəfindən bir sıra digər texniki yeniliklər də təqdim olunub. Belə ki, Word mətn redaktoru proqramında sənədlərin qatlarla baxılması imkanı əlavə olunub. Bu rejimdə ayrıca qatlarda müxtəlif kontent növləri (misal üçün, mətn, cədvəl, şəkil və s.) avtomatik təsvir olunacaq.
axırıncı dəyişikliklər (25.01.11 17:49)




Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.