free counters

 

statcounter free invisible

Banner

 

Xanaya daxil edilənlər Formatlaşdırma alətlər lövhəsindəki düymələrin köməkliyi ilə düzlənə bilər. Mausun göstəricisini Format menyusuna gətirin və Xanalar (Cells, Ячейки) əmrini seçin. Düzlənmə (Aliginment, Выравнивание) səhifəsində xanada mətn və rəqəmlərin mövqeyinə nəzarət edilir. Burada 7 üfüqi istiqamətdə və 4 şaquli istiqamətdə düzlənmə variantından hər hansı birini seçmək olar. Xanaya Excel daxil edin, sonra Mərkəzə görə düzlənmə (Center Across Selection) variantından istifadə edin, üfüqi istiqamətdə. Mətnin istiqamətini 45 dərəcə istiqamətində dəyişin. Xanaların formatı (Format Cells, Формат Ячеек) dialoq pəncərəsində OK düyməsini basmaqla əməliyyatı təsdiq edin. Diqqət edin, xanadakı söz mərkəzə görə düzlənib və 45 dərəcə bucaq altında göstərilib.

 


 

Xanada və ya xanalar diapazonunda verilənlərin düzlənməsindən sonra haşiyələnməni tətbiq etmək olar. Haşiyələnməsi vacib olan xananı qeyd edin, Format menyusunu açın və artıq bizə tanış olan Xanaların formatı (Format Cells) dialoq pəncərəsini ekrana çağırın. Haşiyələnmə (Border) səhifəsində xəttin stili kimi 2qat xətt seçin, Rəng (Color) sahəsində göy rəngi seçin. Sonra Haşiyə variantını seçin, məsələn Xarici (Outline) düyməsinin üzərində mausun düyməsini basın. Fikir verin, xana haşiyələndi.

 

 

 

axırıncı dəyişikliklər (12.01.10 19:05)

 

Şərhər  

 
+1 #1 Tural 2010-01-13 10:23
Çox super dersdir bele derslerin cox olmasini isteyirem. Diger dersleri gozleyirem.
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511769
 5 qonaq