Bizim məqsədimiz işçi stolunda xanaları formatlaşdırmaqdır. Xanaların sərhəddini təyin etmək üçün xanaları seçib yuxarıda əsas (Главная) menyusunun şrift qrupundan sərhəd (Границы) altmenyusunu seçirik. Açılmış menyudan sərhədin tipini seçirsiniz.

Ayırma sərhədini silmək və tərkibi xananın mərkəzinə yerləşdirmək üçün ilk öncə onları təyin etmək lazımdır. Bunun üçün məlumat olan xananı seçib menyudan birləşdirərək mərkəzə yerləşdirmək düyməsini basırıq.

Mətni bir neçə sətrə yerləşdirmək üçün xananı seşib menyudan mətnin yerdəyişməsini seçin. Xanaları formatlaşdırmaq üçün formatlaşdırmaq istədiyiniz xanaları seçib Əsas (Главная) menyusunda Format (Формат) qrupundan Xanaların formatlaşdırılması (Формат ячеек) altmenyusunu seçirsiniz.

İşçi stolundakı Xananın tərkibində olan mətnin şriftini təyin etmək üçün açılmış Xananın formatlaşdırılması (Формат ячеек) pəncərəsindən Şrift (Шрифт) menyusunu seçərək istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Xanaların rəngini isə Rəngvermə (Заливки) menyusundan seçib “ok” düyməsini basaraq dəyişirsiniz. 
Sütun və sətirlərin enini və uzununu dəyişmək üçün onun sərhədindən mausla tutub çəkmək lazımdır. Bununlada xananın formatlaşmasını tamamlanmış hesab etmək olar.
axırıncı dəyişikliklər (22.01.11 09:31)




Şərhər
Evvelceden teshekkur edirem.
RSS şərhlər bu posta uyğun olaraq.