Excel sessiyası
Excel proqramını açmaq üçün aşağıdakı əməliyyatları etmək lazımdır:
1) Əsas menyunu açmaq üçün Пуск (Start) Windows düyməsini basın.
2) Əsas menyudan Программы (Proqrams) punktunu seçin, sonra əmələ gələn menyudan Microsoft Excel punktunu seçin. Başqa yol İşçi stolunda Excel etiketinin üzərində iki dəfə klikləməkdir.

Qeyd: Hər bir menyunun punktu əmrdir və ona klikləməklə siz hər hansı bir əməliyyatı görmüş olacaqsınız. Əmr yerinə yetirmək, və ya əmr seçmək üzərində siçanı klikləmək deməkdir.
Əgər siz daima Excel proqramı ilə işləyirsinizsə, o zaman işinizi asanlaşdıraraq Windows əməliyyat sisteminin açılması zamanı Excel proqramının da avtomatik açılmasını edə bilərsiniz.Bunun üçün Excel etiketini Автозагруска (Startup) qovluğuna köçürmək lazımdır.Проводник (Explorer) proqramını açın, Ctrl düymısini basıb saxlamaqla Excel əlavəsinin etiketini Windows/Главное меню/ Программы (Windows/Start Menu/Programs) qovluğundan Автозагруска (Startup) qovluğuna yerləşdirin.

Excel-də xüsusi(konkret) sənədlə işləmək üçün Проводник pəncərəsində həmin sənədin nişanı üzərinə iki dəfə klikləyin, və yaxud müvafiq faylın adını seçərək “Enter” düyməsini klikləyin. Beləliklə Excel proqramı müvafiq sənədlə açılacaq. Əgər siz yaxında işlədiyiniz sənədi açmaq istəyirsinizsə, onda Проводник müraciət etmədən Excel-də edə bilərsiniz. Bunun üçün Пуск (Start) menyusunda Документы (Documents) əmrinin əlavəsində istədiyiniz sənədin adını seçməklə yerinə yetirmək lazımdır.
Qeyd: Sənədin nişanının (və ya proqramın) yerini dəyişmək və silməklə, siz obyektin yerini dəyişmiş və ya silmiş olursunuz. Etiketdə də eyni əməliyyat görülür, amma o zaman obyektlə etiket arasında əlaqə itir, etiketə isə toxunulmur.
İş bitdikdən sonra proqramı bağlamaq lazımdır. Proqramı bağlamaq üçün bir çox variantlar var:
· Fayl (Файл) menyusunda Exit (Выход) əmrini yerinə yetirməklə
· Sol yuxarı küncdə “X” düyməsini klikləməklə
· Klaviaturadan istifadə etməklə “Alt”+ “F4” düymələrini klikləməklə
Əgər siz iş prosesində Excel kitabında hər hansı bir dəyişiklik etmişiksə, o zaman Excel avtomatik olaraq hər kitaba saxlamaq üçün dialoq pəncərəsi çıxaracaq. Dəyişikliyi saxlamaq üçün dialoq pəncərəsində Да (Yes) düyməsini basmaqla, və ya “Enter” düyməsini basmaqla edə bilərsiniz. Saxlamadan çıxmaq üçün Нет (No) və ya “Tab” klikləyin, sonra “Enter” düyməsini klikləyin. Beləliklə Excel bağlanacaq.
axırıncı dəyişikliklər (23.01.11 08:52)



