Adi menyunun köməyi ilə siz çox istifadə olunan əmrləri tez aça bilərsiniz. Amma kontekst menyunun köməyi ilə bu əməliyyatı daha da tez edə bilərsiniz. Kontekst menyuda element və obyektlər üçün tez-tez istifadə olunan əmrlər var. Kontekst menyu istədiyiniz element və obyektin üzərində sağ düyməni vurmaqla açılır.
Aşağıdakı şəkillər buna misaldır:

Şəkil. 1.1 İşçi masasının Kontekst menyusu.

Şəkil. 1.2. Xananın kontekst menyusu.
Əgər klaviatura vasitəsi ilə etmək istəyirsinizsə, onda istədiyiniz elementi və obyekti seçib “Shift” + “F10” düyməsini basın.
axırıncı dəyişikliklər (23.01.11 08:52)



