free counters

 

statcounter free invisible

Banner

Excel pəncərəsinin yuxarı hissəsində, menyu sətrinin aşağısında nişan və düymələrdən ibarət alətlər paneli yerləşir. Bu düymələri klikləməklə istədiyiniz əmrləri yerinə yetirə bilərsiniz. Təsvir olunmuş alətlər paneli istifadəçi tərəfindən təyin edilir. İstifadəçi şəxsi alətlər paneli yarada bilər. Excel-in son versiyasında menyuya düymələri, alətlər panelinə isə əmrləri yerləşdirmək olar. Təsvir olunmuş alətlər panelini seçmək üçün Вид, Панели инструментов (View, Toolbars) əmrlərini yerinə yetirin. Beləliklə alətlər panelinin açılmış menyusundan lazımlı panellərin adlarını işarələyin.Görəcəksiniz ki, həmin panellər ekranda əmələ gəlib.

 

1.1. Alətlər paneli menyusu.

Alətlər panelinin menyusunu açmaq üçün asan üsul əmrlər panelinin istənilən yerində siçanın sağ düyməsini klikləməkdir. Təsvir olunmuş alətlər paneli ya bərkidilmiş, ya da ki, sərbəst ola bilirlər. Sərbəst alətlər panelini siçanın köməyi ilə hərəkət etdirmək olar. Belə panellərin ölçüsünü dəyişmək də olar. Bunun üçün siçanı panelin istənilən küncünə gətirin, o zaman kursor ikitərəfli ox işarəsi formasını alacaq. Sonra siçanın sol düyməsini klikləyib buraxmadan ölçüsünü dəyişin. Sərbəst alətlər panelini sağ yuxarı küncdə “X” düyməsini klikləməklə bağlamaq olar. Bərkidilmiş alətlər panelini gizlətmək üçün heç bir düymə yoxdur. Excel bütün bu dəyişiklikləri avtomatik olaraq yadda saxlayır. İstənilən paneli əvvəlki yerinə qaytarmaq üçün ya yarımbaşlığa, ya da yerdəyişmə markerinə siçanla iki dəfə klikləmək lazımdır. Susmaya görə Excel panelinin iki alətlər paneli var:

· Стандартная (Standard)

· Форматирование (Formatting)

 

Standart alətlər paneli əsasən fayllarla işləyən ümumi əməliyyatlar düyməsini təşkil edir. Panelin sonundakı ox işarəsini klikləyin. Отображать кнопки на одной строке (Show Buttons on One Row) və Добавить/Удалить кнопки (Add or Remove Buttons) düymələri göstəriləcək. Добавить/Удалить кнопки (Add or Remove Buttons) düyməsini kliklədikdən sonra Стандартная (Standard) düyməsini klikləyin. Təsvi olunmuş alətlər panelinin menyusunda istənilən düyməni işarələməklə seçmək olar.

1.2. Standart alətlər paneli və onun menyusu.

Formatlaşdırma paneli məlumatların formatlaşdırılması (şriftin dəyişdirilməsi, bərabərləşdirmə) düymələrini təşkil edir.

 

 

axırıncı dəyişikliklər (24.01.11 16:46)

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511777
 8 qonaq