Alətlər panelində əmrlərdən kənar palitralar da var. İstədiyimiz zaman palitranı alətlər panelindən ayırıb, sərbəst formaya çevirə bilərik. Bunun üçün aşağıdakı əməliyyatı etmək lazımdır.
· Əgər istənilən palitranın sağ küncündə ox işarəsi varsa, onu klikləyin. Məsələn: Форматирование (Formatting) alətlər panelində Границы (Borders) palitrasının sağ küncündə
· Palitranın yarımbaşlığının üzərinə siçanı gətirib tutmaqla istədiyiniz yerə aparmaqla
Alətlər panelindən fərqli olaraq palitra öz formasını dəyişə bilmir. Palitranı sağ yuxarı küncdə “X” düyməsini klikləməklə bağlamaq olar. Aşağıdakı cədvəldə Форматирование (Formatting) alətlər panelindən ayrılmış Границы (Borders), Цвет заливки (Fill Color) və Цвет текста (Font Color) sərbəst palitraları görə bilərsiniz:

Sərbəst palitraları əvvəlki yerinə, alətlər panelinə qaytarmaq üçün aşağıdakı əməliyyatları edin:
· Əmrlər panelinə siçanı gətirərək sağ düyməni basın. Açılmış alətlər panelində sərbəst palitraların adlarının qarşısında işarə olacaq.
· Qaytarmaq istədiyiniz sərbəst palitranın qarşısındakı işarəni götürün.

axırıncı dəyişikliklər (25.01.11 14:57)



