Mətn özündə hərf, rəqəm və xüsusi simvollar təşkil edə bilər. Xanaya yerləşdirilən mətnin uzunluğu 255 simvoldan artıq ola bilməz. Mətni xanaya daxil etmək üçün:
· Xananı seçmək lazımdır
· Mətni yığıb Enter düyməsini klikləyin (düstur sətrinin sol tərəfində və ya Enter düyməsi ilə)
Enter düyməsini istifadə edərək məlumatı xanaya daxil etmiş olacaqsınız. Bəzən başqa tipli mətni məlumatlar da daxil edilir. Bunun üçün əvvəl apastrof (’) işarəsi daxil edilir. Misal olaraq ’ 123, ’16.03.11. Eyni əməliyyatı “=” nişanı ilə başlayan mətnlərə də daxil etmək lazımdır. Bu əməliyyatı etməsək, Excel bu mətni düstur olaraq qəbul edəcək.
Excel-in xanaya daxil edilən bütün məlumatları mətn olaraq qəbul etməsi üçün aşağıdakı əməliyyatı etmək lazımdır:
· Tələb olunan xananı seçin
· Формат, Ячейки (Format, Cells) əmrini seçin

Açılmış Формат ячеек (Format Cells) dialoq pəncərəsində Число (Number) əlavəsini seçmək lazımdır. Числовые форматы (Category) siyahısında Текстовый (Text) seçib “OK” düyməsini klikləyin. Bütün bu əməliyyatları xanalar qrupuna da aid etmək olar. Lazım olan xanaları seçərək göstərilən əməliyyatları təkrar etmək kifayətdir.
axırıncı dəyişikliklər (05.02.11 19:44)



