free counters

 

statcounter free invisible

Banner

Windows əməliyyat sistemini format etməzdən öncə ilk olaraq yüklənmə diski tələb olunur. Bu disk ya CD, ya da DVD ola bilər. Əksər disklərdə hətta bir neçə əməliyyat sistemi birlikdə olur. Formatdan öncə BİOS-a daxil olmaq tələb olunur. Daxil olduqdan sonra orada yükləmənin mənbəsi kimi CD qurğusunu seçmək lazımdır. Onu seçdikdən sonra CD-ROM diski yerləşdirilir və kompüter yenidən yüklənilir. Əgər BİOS-a daxil olmanı unutmusuzsa, onda kompüter yüklənən an F9 düyməsini sıxmaq və qarşıda çıxan menyudan CD-ROM seçmək lazımdır.

Qeyd: Kompüterlərin anaplatasından fərqli olaraq F9 düyməsi işləməyə də bilər (Bəzi notebooklarda onun əvəzinə F10 və F12 düymələri işləyir).

Qeyd: Press any key to boot from CD... məsajı qarşınıza çıxacaqdır. Buna görə də klaviaturadan ixtiyari bir düyməni vurmaq lazımdır ki CD-ROM-da kı diskdən yüklənmə başlasın. Əgər heç bir düyməni vurmasanız onda kompüter sərt diskdən yüklənməyə davam edəcəkdir.
Indi qarşımıza aşağıdakı menyular çıxacaqdır:

Setup is inspecting your computer's hardware configuration. . .

indi isə kompüterin qurğularını proqram təhlil edəcəkdir.

Bir az gözlədikdən sonra qarşınıza, Microsoft'un klassik yükləmə ekranı çıxacaqdır.

Daha sonra qarşıya üç menyu çıxacaqdır, hımin menyuları tək-tək nəzərdən keçirək.
Birinci menyu To set up Windows XP now, press ENTER əgər sistemi yazmağa davam etmək istəsəniz ENTER düyməsini vurmaq tələb olunur.
İkinci menyu Əməliyyat sistemini bərpa etmək üçündür, bu zaman klaviaturadan R hərfini vurmaq tələb olunur. Qeyd etmək lazımdır ki, bərpa edərkən yüklənmiş sistemdən istifadə etmək lazımdır.
Üçüncü menyu isə bütün prosesdən imtina etmək üçündür. F3 düyməsini vurduqda kompüterin sisteminin formatından imtina edilir.

İndi isə ENTER düyməsini vururuq qarşımıza lisenziya şərti haqqında sənəd çıxır. Əgər şərt ilə razısınızsa və davam etmək istəyirsizsə onda F8 düyməsini vurmaq lazımdır, əks halda ESC düyməsini vurmaq olar.

Sonda qarşınıza aşağdakı şəkildə pəncərə çıxacaqdır. Bu pəncərə sizin sərt diskinizi gəstərəcəkdir. Hal-hazırda şəkildə sərt diskiniz bir məntiqi hissəyə bölünübdür. Ola bilər ki sərt disk məntiqi olaraq iki yerə bölünsün. İndi diski silmək lazımdır, onun üçün D düyməsini vurun. Qarşıda çıxan menyuda L düyməsini vurun. Qeyd edək ki, sizin sərt diskiniz iki hissəyə bölünübsə onda silməni D diskindən başlamaq lazımdır. Tam diskləri sildikdən sonra məntiqi olaraq disk yaratmaq lazımdır onun üçün Unpartitioned space seçib C düyməsəni vurursuz və hansı həcmdə disk yaratmaq istəyirsizsə onu yazırsınız, burada ölçü kb ilə təsvir olunur. Diskin həcmini verdikdən sonra həmin diskə sistemi yazmaq üçün ENTER düyməsini vurmaq lazımdır.

ENTER düyməsini vurduqdan sonra aşağıdakı şəkildə qarşınıza pəncərə çıxacaqdır. Bu pəncərə sizə fərqli üsullarla kompüteri format etmək təklif edir. Məsləhətdir ki, NTFS fayl sistemini seçək. Ancaq format olaraq Quick seçmək məsləhət deyil. Çünki bu tip seçilsə müəyyən viruslar və yaxud fayllar kompüterdə qala bilərlər.

Kompüter formata başlayacaqdır. Format bitdikdən sonra diskdən sistemi yükləmək üçün vacib faylları kompüterə yazmağa başlayacaqdır.

köçürmə aşağıdakı şəkildə davam edəcəkdir.

Fayllar tam köçürüldükdən sonra kompüteri restarta gedəcəkdir. Restartı sürətləndirmək üçün ENTER düyməsini vurmaq olar ancaq məsləhətdir ki gözləyəsiniz.

Kompüter açılanda artıq qarşınıza Windows XP pəncərəsı çıxacaqdır:

Ondan sonra yüklənmə aşağıdakı şəkildə davam edəcəkdir. Bütün addımlar ardıcıl bitməlidir.

Yüklənmənin ortasında aşağıdakı şəkildə pəncərə çıxacaqdır. Bu pəncərədə dilləri seçmək tələb olunur.

İndi isə kompüterin istifadəçisinin və şirkətin adını yazmaq lazımdır:

İndi isə 25 simvoldan ibarət olan lisenziya nömrəsini daxil etmək tələb olunur. Bu nömrəni diskin arxasından götürmək olar.

qarşınıza başqa bir pəncərə çıxacaqdır bu pəncərədə kompüterə ad verilir və administrator

istifadəçisi üçün şifrə daxil edə bilərsiz.

Sonra isə Date and Time Settings pəncərəsi çıxacaqdır.
Bu pəncərəda vaxt və tarixi daxil edirsiz. Eyni anda yaşadığınız regionu Grinvich saat qurşağına uyğun öz regionunuzu daxil edirsiz.

Sonra aşağıdakı şəkildə pəncərə qarşınıza çıxacaqdır bu pəncərədə Typical settings'i seçmək lazımdır.

Finalizing installation addımı ilə yükləməni bitirmək olar.

Sonra isə kompüteri restart olur:

kompüter qurulandan sonra kompüter avtomatik video kartı sazlaşdıracaqdır. Ondan sonra isə OK düyməsini vururuq

İnternetə qoşulma istəyəcəkdir, bundan imtina etmək üçün Skip düyməsini vurmaq lazımdır. Və son olaraq sistemə daxil olma pəncərəsi çıxacaqdır burada öz adınızı və şifrənizi daxil etməklə daxil ola bilərsiz.

Bununla format bitir. Bundan sonra isə kompüterin qurğularını sazlamaq tələb olunur.

______

Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “compuser.info”ya istinad zəruridir
Gələcəkdə nə haqda məqalə istəsəniz Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına məktub yazın

axırıncı dəyişikliklər (29.11.09 21:33)

 

Şərhər  

 
0 #15 Lorens 2012-02-25 13:50
Sorry, amma Windows XP-ni format elemirler, Windows XP vasitesi ile komputeri (Daha deqiq desek, komputerin Hard diskini) format eleyirler
Sitat
 
 
+1 #14 Fərhad KƏRİMOV 2012-01-04 12:35
Sitat Farid:
İndi kim belə format edir?! Artı bu dövrü adlamışıq , hamının evində "Zver" və buna oxşar olan vindovs sborkaları var.Amma hər halda bu məqaləni də 3 dən artıq qiymətləndirə bilmərəm.Ən yaxşə azərbaycan dilli resurs bax budur :
http://complesson.info/view_videolesson.php?id=1


Qardaşım, sizin qeyd etdiyiniz o XP yığmalarını hamısını aparın tullayın.İndiyə qədər hələ normal işləyən bir ədəd də olsun yığma XP görmədim!
Sitat
 
 
0 #13 Texnoloji Jurnal 2011-12-20 18:02
Salam. Biz ishe gore emeyinizi alqislayiram. Ancaq bir mutexessis movzunun adina diqqet eder: "Windows XP emeliyyat siteminin formati" YOX! bele bir sey var??? mentiqle hec uygun gelmir.
"Windows XP emeliyyat sistemile sert diskin format olunmasi ve XP sisteminin qurulmasi" adi olmalidir.
Sitat
 
 
+1 #12 Ferid 2011-07-11 07:06
butun dersliklere gore cox sagolun eziyyet cekmisiniz ela qiymetlendirmek olar sayti ve derslikleri
Sitat
 
 
0 #11 ali 2011-03-14 07:02
men proqrami internetden nece goturum
Sitat
 
 
+3 #10 Farid 2010-12-12 19:13
İndi kim belə format edir?! Artı bu dövrü adlamışıq , hamının evində "Zver" və buna oxşar olan vindovs sborkaları var.Amma hər halda bu məqaləni də 3 dən artıq qiymətləndirə bilmərəm.Ən yaxşə azərbaycan dilli resurs bax budur :
http://complesson.info/view_videolesson.php?id=1
Sitat
 
 
+3 #9 VIRUS19 2010-12-07 15:39
diski hiren"s boot la bolurem ama cox qeliz proqramlar toplusudu
Sitat
 
 
+2 #8 Babek 2010-12-07 10:30
komputer tutulub hec bir sənədi açmaq olmur, safe mode-də girmək olmur oradan lazımlı sənədləri necə götürə bilərəm
Sitat
 
 
+1 #7 Aynur 2010-10-29 08:26
diski bolme prosesi mence farmatda esas hissedir ki bunu da vermediz niye?
Sitat
 
 
+1 #6 Rehman 2010-08-31 16:12
cox sagoun ki bu satyitda gore men farmat vermeki bilmirdim sizin sayebizde men bunu oyrendim
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511784
 8 qonaq