İlk dərsdə Android proqramladırma üçün mühitimiz necə quracağımızı öyrənəcəyik.Sonra ilk sadə application(proqram) yazacıq.İlk əvvəl bizə lazım olan faylları internətdən yükləyək.
JDK(Javada proqram yazmaq üçün kit)
Eclipse İDE(android proqramlarımızı yazmaq üçün mühit)
Android SDK(lazım olan API-ləri yükləmək və yazdığımız proqrama baxmaq üçün emuliyator)
ADT plugin(Eclipse de android applicationlları yazmaq üçün alət paneli)
İlk əvvəl Oracle-nin saytından JDK-mızı yükləyirik Yukləmə Linki : http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

İndi Eclipse IDE mühitini yükləyək http://www.eclipse.org/downloads/
Eclipse-nin müxtəlif IDE-ləri var bizim seçəcəyimiz aşağıdakıdır
Eclipse İDE for Java Developer EE

JDK və Eclipse IDE quraşdırılması adi qaydadadır next-next və s. Növbədə isə Android SDK var.Onu da aşağıdaki linkden yükləyərək adi qayda da yükləyirik sonra finish-ə kliklədikdən sonra qabağımıza AVD manager pəncərəsi gəlir məhz elə burdan proqramımızı yazacağımız cihazı seçirik(Android 1.5,Android 4.0.3 və s) və həmçinin də gələcəkdə istifadə edəcəyimiz API varsa onları seçirik.
http://developer.android.com/sdk/index.html

SDK yüklədikdən sonra qarşımıza SDK manager pəncərəsi çıxır ki, buradan biz hələki sadəcə istifadə edəcəyimiz cihazı yükləyirik.Mən android 2.3 cihazını yükləyirəm çünki hazırda ən çox istifadə olunan məhz bu sistemdi.

Seçimizi edikdən sonra İnstall package düyməsinə klikləyirik və lazımı paketlərimizi yükləyirik.AVD manager pəncərəsi açılır burda biz cihazımı quracağıq.Mənim kompuyuterimdə hazıda iki Cihaz var android 2.2.3 və android 4.0.3 cihazlari yeni bir cihaz yükləmək üçün sağdakı new butonuna klikləyək

Belə bir pəncərə açılır.Name hissəsində Cihazımıza verəcəyimiz adı,sonra Target hissəsində Cizhazimi seçirik və Create AVD buntonun kliklədiyimizdə artıq Cıhazımız hazırdı.İnid qaldi İDE mühitimizdə proyektlərimizilə işləmək üçün alət panelinin quraşdırılması.

Eclipse İDE açırıq və orada Help menusundan Install new Software belə bir pəncərə açılır

add edirik və açılan pencərə də birici textdə “ ADT plugin ” ikincidə isə bu url yazırıq https://dl-ssl.google.com/android/eclipse/
ADT plugini də yüklədikdən sonra demək olar ki hər şey hazırdır artıq.
Suallarınızı və Təkliflərinizi bizə formumuzda çatdıra bilərsiz
axırıncı dəyişikliklər (12.01.12 17:21)




Şərhər
http://www.boxca.com/qw0nodibgwb2/Android_Proqramla%C5%9Fd%C4%B1rma_ders_01.pdf.html
RSS şərhlər bu posta uyğun olaraq.