free counters

 

statcounter free invisible

Banner

İlk əvvəl Eclipse və jdk-nı yükləmək lazımdır.

Eclipse-i Ubuntu Software Centerdən asanlıqla yükləyə bilərsiz:

JDK-nı isə belə yükləyə bilərsiz:

~$ sudo apt-get install openjdk-7-jdk


Eclipse-i çalışdırın. Help –> Install New Software –> Add edərəkhttp://download.eclipse.org/releases/indigo saytını əlavə edin. Sonra eyni qayda ilə ADT plugin əlavə edin.
Name hissəsinə : ADT plugin
Locationa : https://dl-ssl.google.com/android/eclipse/ daxil edin.

Developer Tools seçərək Next düyməsinə klik edin.

Yeni açılmış pəncərədən Next –> I agree license and terms –> Finish edərək install edin. BitdikdƏn sonra Eclipsi Restart edin.

Eclipse yenidən açıldıqda bizdən Android SDK-nı soruşur. Android SDK-nı iki yolla install edə bilərsiz:

1) İnstall New SDK seçərək internetdən birbaşa install edə bilərsiz.

Növbəti açılan pəncərədə Yes və ya No seçərək Finish edin:

Və sonda Accept –> Install edin:

2) Android SDK-nı Eclipse-dən ayrı yükləyərək, Eclipse-də Android SDK-nın yolunu göstərin.

~$ wget dl.google.com/android/android-sdk_r12-linux_x86.tgz

tar əmri ilə arxivdən çıxardın:

~$ tar -zxvf android-sdk_r12-linux_x86.tgz

android-sdk-linux_x86/tools/ kataloquna keçərək android proqramını çağırın.

~$ cd android-sdk-linux_x86/tools/
$ ./android

Available packages (3-cü menyu) keçərək. Android Repository seçərək install edin.

Yenidən tools qovluğunda ./android alətini çalışdırın. Android 4.0 seçərək İnstall edin.

Eclipsedə Window –> Pereferences ordan Android bölməsinə keçin. Android yüklədiyiniz kataloqu seçərək, OK düyməsinə klik edin.

Beləliklə biz Android SDK-nı öz sevimli Ubuntumuza yüklədik
.

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511793
 5 qonaq