free counters

 

statcounter free invisible

Banner

Əgər müəyyən halda proqramın icra istiqaməti bir neçə şərtdən asılıdırsa bu zaman if opratoru ilə bu şərtlərin mürəkkəb konfiqurasiyasından istifadə etmək əvəzinə switch operatorundan istifadə edirlər.

switch operatorunun sintaksisi aşağıdakı kimidir:

switch ( dəyişən ) {
case qiymət1:
yerinə yetirilməli proqram hissəsi /* əgər dəyişənin qiyməti == qiymət1 */
break;
case qiymət2:
yerinə yetirilməli proqram hissəsi /* əgər dəyişənin qiyməti == qiymət2 */
break;
...
default:
yerinə yetirilməli proqram hissəsi /* yuxarıdakı şərtlərin heç biri ödənmədikdə */
break;
}

switch opratoru dəyişənin qiymətini yuxarıdan aşağı case ifadəsinin qarşısında dayanan qiymətlə yoxlayır və bərabər olarsa onda iki nöqtə : - dən sonra gələn bütün operatorları yerinə yetirir. Növbəti case ifadəsinə qədər. break rast gəlinən yerdə switch opratoru işini dayandırır və proqramda switch -dən sonra gələn oprator yerinə yetirilir.
switch operatoru ilə bağlı mühüm məqamlardan biri də case ifadələrində qiymət kimi ancaq tam tipli dəyişənlərdən istifadə etmək olar (int) .
default seçimindən istifadə etmək vacib deyil. Əgər qiymətlərdən heç biri dəyişənə bərabər olmasa onda default: seçimində göstərilən operatorlar yerinə yetiriləcək.
nümunə proqram: prog3_4.c

#include <stdio.h>
int main(int argc, char *argv[]){
int color = 0;
printf("Her hansi reng sechin(qirmizi=1,yashil=2,qara=3):\n");
scanf("%d",&color);
switch(color){
case 1: printf("siz qirmizi rengi seçdiniz\n");
break;
case 2:printf("siz yaşıl rengi seçdiniz\n");
break;
case 3:printf("siz qara rengi seçdiniz\n");
break;
default:printf("siz hech bir reng sechmediniz\n");
}
return 0;
}

Proqramı kompilyasiya edib yerinə yetirək.

user@gnu_linux:~/progs$
user@gnu_linux:~/progs$ gcc -o prog3_4 prog3_4.c
user@gnu_linux:~/progs$
user@gnu_linux:~/progs$ ./prog3_4
Her hansi reng sechin(qirmizi=1,yashil=2,qara=3):
2
siz yaşıl rengi seçdiniz
user@gnu_linux:~/progs$
user@gnu_linux:~/progs$

axırıncı dəyişikliklər (18.07.10 20:36)

 

Şərhər  

 
0 #1 Azad 2012-01-16 18:22
cox sagolun yaxsi derslikdi...visual studio-nunda dersliklerini yerlesdirseydin iz pis olmazdi
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511794
 5 qonaq