C dilində istifadə olunan digər əhəmiyyətli vasitələrdən biri də makroslardır.
Makroslar 2 cür olur: şərt makrosları və təyin makrosları.
təyin makrosalrı #define
təyin makrosalrı hər hansı bir ifadənin başqa ifadə ilə əvəz edilməsinə xidmət edir. Misal üçün əgər biz proqramın hər-hansı yerində #define MAX_QIYMET 1024 sətrini yerləşdiririksə onda gcc proqramda MAX_QİYMET ifadəsinə rast gəldiyi bütün yerlərdə onu 1024 ilə əvəz edəcək.
sadə proqrama baxaq
#define MAX 8
int main(){
int i,x[MAX];
for (i=0, i<=MAX; ++i)
x[i]=i;
return 0;
Bu proqram 9 elementli tam tipli x cərgəsi elan edir və onun elementlərinə 0-dan 8-ə kimi qiymətlər mənimsədir.
Şərt makrosları
Şərt makrosları bizə imkan verir ki, müəyyən şərtdən asılı olaraq proqramın hər-hansı hissəsinin kompilyator tarafindən nəzərə alınmamasını təmin edək.
Sintaksis belədir:
# if şərt
proqram kodu
#endif
Bu zaman əgər şərt 1 qiyməti alarsa onda kompilyator proqram kodu hisəsini nəzərə alacaq, əks halda isə bu hissə kompilyator tərəfindən inkar ediləcək, başqa sözlə şərh kimi qəbul olunacaq.
axırıncı dəyişikliklər (18.07.10 14:47)



