Bu mətndə C dilinin əsas anlayışları daxil edilir. Bu mətndə daxil olunan proqramlarla tanış olduqca tədricən proqramlaşdırma təcrübəsi formalaşır.
Daha sonra kodları açıq şəkildə internetdə yerləşdirilən C proqramları üzərində işləmək lazımdır.
Bunun üçün biz sayta 500 sətirlik fcp proqramını açıq kodla yerləşdirməyi planlaşdırırıq. Hal-hazırda müəlliflər bu proqramın ayrı-ayrı sətirlərinin şərhləri üzərində işlər görür.
Artıq özünü orta təcrübəli hesab edən proqramçılar UNİX sistemini örgənməyə başlamalıdırlar.
İlk olaraq UNİX-in əmrlərini (ls,cd,pwd,mkuser,chown,ps,nm,ld,...) və daha sonra isə sistem funksiyaları (open,close – fayllara müraciət, read,write - fayla oxuyub-yazmaq , socket – unixde şəbəkə proqramlaşdırma, pipe – unixde proqramlar arası informasiya mübadiləsi, fork,execve – unixde bir proqramdan digər proqramı yükləmək , v.s.) örgənmək lazımdır.
UNİX ile kifayət qədər proqramlaşdırma təcrübəsi yığdıqdan sonra siz artıq gələcək inkişafınız barəsində seçim etməlisiniz.
Beləki sizin 2 seçiminiz var:
1. İstifadəçi proqramlaşdırma.
Bu halda siz böyük sürətlə (unix təcrübəsi sizə bunu mümkün edəcək) C++,PHP,JAVA proqramlaşdırma dillərini , SQL məlumatlar bazası dilini, ORACLE , MYSQL məlumatlar bazası proqramlarını, HTML, CSS script dillərini v.s. örgənib ciddi proyektlərlə məşğul ola bilərsiniz.
2. Sistem proqramlaşdırma.
Çox çətin bir seçim. İşlər o qədər də sürətlə getməyəcək, hətta çox güclü C və Unix təcrübəniz olsada.
Sistem proqramlaşdırma ilə istifadəçi proqramlaşdırma arasında fərq çox böyükdür, hər ikisinin sonunun proqramlaşdırma ilə qurtarmasına baxmayaraq.
Bu istiqamət üzrə getmək istəsəniz siz aşağıdakıları örgənməlisiniz. Ilk əvvəl örgənməsi lazım olan ingilis dilidir(əgər bilmirsinizsə).
1.Assembler dili , mutləq vacibdir.
Assembler dilini bu keçiddəki pdf e-kitabdan örgənmək məsləhətdir.
2. Make proqramı ilə tanış olmaq.
3. Shell proqramlaşdırmanı örgənmək.
Bütün bunlar hazırlıq mərhələsi hesab olunur, məqsəd isə LİNUX nüvəsini örgənməkdir.
Beləliklə siz artıq kifayət qədər c,assembler,unix,make,shell təcrübəsinə sahibsiniz və LİNUX nüvəsini örgənmək barədə qəti qərar vermisiniz.
Burada işləri necə görməli , linux nüvəsini necə öyrənmək barədə hansısa bir ipucu və ya kitab axtarmağına dəyməz. Bütün problemləri özünüz həll etməlisiniz (xakerlərin hamısı belə eliyir).
Birinci görməli iş linux nüvəsini kompilyasiya edib əməliyyatlar sistemini yeni nüvə ilə yükləməkdir.
Müəlliflərdən birinə yeni başlayarkən bu işin öhdəsindən uğurla gəlməyə 4 ay vaxt sərf olunub(təqribən 1000 dəfə kompilyasiyadan sonra sistemi yeni nüvə ilə yükləmək mümkün olub).
Bu işin öhdəsindən uğurla gəldikdən və yeni nüvənin kodları ilə bir balaca oynadıqdan sonra siz nüvənin təşkil olunduğu ayrı-ayrı hissələri öyrənməlisiniz.
Bu hissələrə Yaddaşın idarə olunması, fayllar sistemi, şəbəkə, İPC hissələrini və linuxu ilk örgəndikdə bir çox proqramçıların böyük həvəs göstərdiyi(lakin heç də asan olmayan) driverləri misal göstərmək olar.
Bunlar barəsində elektron kitablar kifayət qədərdir(ingilis dilində). Linux nüvəsinin kodları açıqdır və linux nüvəsinin istənilən versiyasının açıq kodunu httpkk ünvanından endirmək mümkündür,əlavə heçnəyə ehtiyac yoxdur.
Linus Torvaldsın dediyi kimi "Linux-u örgənməyin ən yaxşı yolu Linuxun açıq kodları ilə məşğul olmaqdır".
axırıncı dəyişikliklər (18.07.10 14:46)




Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.