free counters

 

statcounter free invisible

Banner

Biz düzbucaqlı sahələri qaydaya saldıq, indi digərlərindən danışaq. Başlanğıc üçün girdələrdən başlayaq:



Sahənin tipini təyin edək:

<map>
<area shape="circle">
</map>



Girdə sahəni yaratmaq üçün bizə onun mərkəzinin koordinatları (x və y) və radiusunun (R) uzunluqları pikseldə lazım olacaq. Yəni ki, yazılma ardıcıllığı növbəti cür olacaq:

<area shape="circle" coords="x,y,R">

Gəlin yenə də №1 həndəsi sahəsi ilə işləyək. Bizim halda kiçik girdənin koordinatları növbəti cür olacaq: x=46, y=48; radiusun uzunluğu isə R=35; Yazaq:



<map>
<area shape="circle" coords="46,48,35">
</map>



Ən əsası yazıldıqan sonra, xəritənin adını, onun hara bağlandığını və xəritənin şəklə bağlantısını yazaq:



<img src="/mapcircle.gif" usemap="#xerite2">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ...

<map name="xerite2">
<area href="/drugoy_document2.html" shape="circle" coords="46,48,35">
</map>



Yeri gəlmişkən, xəritələrdə hər bir sahə üçün "alt" atributu yaza bilərik, indi bizdə təkcə bir sahədir, hər halda onun üçün də "alt" yazaq:



<img src="/mapcircle.gif" usemap="#xerite2">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ...

<map name="xerite2">
<area href="/drugoy_document2.html" shape="circle" coords="46,48,35" alt="balaca yumru">
</map>



İndi №1 sahəsinə siçanı gətirdikdə qeyd çıxacaq. Bizim nümunədə bu "Balaca girdə"dir.

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511822
 9 qonaq