Salam bu gün sizə Java proqram yazmaq üçün mühitin necə qurulaçağını
göstərəcəyəm,həm də Java da ilk proqramımızı yazacağıq.Digər proqramlaşdırma dilləri ilə marağlananlar
ilk proqramın necə olduğunu yaxşı bilir “Salam Dünya”. İlk əvvəl onu bilməlisiz ki digər
proqramlaşdırma dillərində olduğu kimi Sadace editoru komputerinizə qurmaq kifayət eləmir.Çünki Java kodları byte koda çevirib kompliyasiya edir.
Biz ilk əvvəl JDK qrurmalıyiq sonra editoru quracayıq.JDK ni oracle-nin saytından ən axrıncı update-ni komputerinizə
yükləyə bilərsiz..Çünki Oracle Sun MicroSystem şirktini alaraq özünə birləşdirdi.
İndi birinci olaraq
JDK-nı yükləyin

əməliyyat
sisteminizə uyğun JDK ükləyirsiz. JDK yüklədikdən sonra qurulma(install) qaydası adidir heç bir əlava şey
yoxdu.
Sonra olaraq sizə editor lazımdı.Müxtəlif şirkətlər müxtəlif editorlar buraxır amma məmin ən bəyəndiyim
helə SUN şirkətinin istehsalı olan netbeansdır. Bu editoru

yükləyə bilərsiz. Netbeansda digər
proqramlaşdirma dilləri üçündə istifadə etmək üçün netbeansın müxtəlif versiyalarını yükləyə
bilərsiz. Netbeansı da adi qayda da qururuq(install edirik).Aşağıdakı kimi bir pəncərə açılacaq

Indi ilk proqramımızı yazmaq üçün aşağıdakı əmri edirik.
Fİle=>new project

Yuxarıdakı şəkildə göstərilən pencərə gəlir.Şəkildə seçilən leri seçirik(Java=>Java Application) ve next deyib gedirik

Sonra yuxarıdakı pencərə gəlir.Burada “Project name” yerində birinci layihenizin adını yazırsız.
Sonra finish buttonuna klik edirik ve editorumuz açılır.burda yazılan heç nəyə fikir
vermirik.Sonrakı dərslərdə izah olunacaq bunlar.Birinci dərsdən başınızı qarışdıra bilər
public static void main(String[] args) {
bu setirin bir altına keçib aşağdakı ifadəyi yazırıq
system.out.println(“Salam Dünya”);
bu ifadə yazı yazdırmaq üçün istifadə olnur .Beləliklə editorun kod pəncərəsi aşağədakı kimi görsənir

Və run kliklədiyimizdə aşağıdakı yazıyı yazacıq

Birinci proqram olduğu üçün ən sadə halını yazmaqa çalışdım.
İlk əvvəl bele sadə proqramlar yazaraq Java proqramlaşdırma məntiqini qavrayın sonra
kitabxanaları öyrənərək daha qəşəng proyektlər yazarsınız.. JForm,JButton,Jlabel kimi komponentlərdən istifadə
etməklə çox daha gözəl görünən .
Məqalə ilə bağlı olan hər növ sualınızı və təkliflərinizi bizimlə formumuzda bölüşə bilərsiniz.
axırıncı dəyişikliklər (09.01.12 08:46)




Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.