Proqramlaşdırmada ən çox bilinən anlayışlardan biri də dəyişən anlayışıdır.Bu anlayış hesablama vaxtı bəzi qiymətləri yaddaşda saxlamaq zərurətindən üzə çıxmışdır.Məlum olduğu kimi bir çox proqram çalışarkən müxtəlif hesablama əməliyyatları aparılır.Bu hesablamlar zamanı nəticəni və bəzi qiymətləri(dəyər) yenidən istifadə etmək üçün onları dəyişənlərdə saxlayırlar.Dəyişənlər isə komputerin yaddaşında yer tutur və ancaq proqram işləyərkən onları istifadə etmək olur.Proqram sonlandığı andan etibarən dəyişənlərdə saxlanılan dəyərlər silinir.Bu dəyişənləri yaddaşda saxlmaq üçün xüsusi tiplər mövcuddur.Əsasən iki tip mövcuddur.İlk olaraq sadə( primitiv ) tiplər var.Bu tipdən başqa da ,Java tam mənada obyektyönümlü dil olduğu üçün Javada obyekt tiplər(referans) mövcudur.Ən çox istifadə olunan sadə tiplərdir çünki o yaddaşda az yer tutur,amma bir mənfi cəhəti var ki öz methodları yoxdur.Obyekt tiplər isə sadə tipdən daha çox yer tutur,amma yaxşı cəhəti ondadır ki üzərində müztəlif əməllər aparmaq üçün çoxluca methodu vardır.Bu gün biz əsasən sadə tiplərə baxacayıq.Obyekt (class) anlayışı verdikdən sonra obyekt tipləri nəzərdən keçirəcəyik.İndi sadə tipləri aşağdakı kateqoriyalara ayıra bilərik.
1.Tam Tipli dəyişənlər.Bu kateqoriya ya Tam tipli dəyişənlər ibarətdir.Yəni kərs hissəsi olmayanlar.Bu kateqoriyaya əsasən 4 tip daxildir:byte,short,int və long.Bu tiplərə də bir-birindən yaddaşda tutuğu yerə və dəyişənləri özündə saxlama intervalına görə fərqlənir.
2.Həqiqi tip dəyişənlər.Bu tip dəyişənlər qiymətləri həqiqi tip olur.Bəzən kəsrli dəyişənlərə də deyilir.Bu kateqoriyaya əsasən iki tip daxildir.float və double:double floatdan fərqli olaraq dəyişənləri iki qat dəqiqliklə göstərir.
3.Simvol tip dəyişənlər.Bu kateqoriyanın adından da məlum olduğu kimi bura simvollar daxildir.İstifadə etdiymiz əlifba,rəqəmlər,duğu işarələri və s. Bunların hamsı birər simvoldur və proqramlaşdırmada bu tipə daxildir.Yadınızda saxlayın ki bu tipli dəyişənlər yanlız bir simvol vermək olur və bunu tək dırnaq işarəsinin daxilində veririk.Bu kateqoriyaya char tipi daxildir.
4.Məntiqi tip dəyişənlər.Bəzən proqramda elə olur ki bizə riyazi hesablamalar və simvollardan başqa tip lazım olur.Proqramda hə və ya yox deyəcək bir tip.Bu kateqoriya daxil olan tip boolean tipidir.Bu tip dəyişənlər yanlız iki qiymət alır True(doğru) ya da False(yanlış)
Ümumi olaraq bütün kateqoriya və tipləri birləşdirsək aşağdakı kimi bir cədvəl alarıq.

Dəyişənlərin Elan edilməsi
Artıq bütün sadə dəyişənləri tanıyırıq,indi isə onları necə elan edəcəyimizi öyrənəcəyik.Dəyişənlərin elan olunması çox sadədir.İlk əvvəl elan edəcəyimiz dəyişnin hansı tipdən olacağını yazırıq,sonra dəyişənimizə verəcəyimiz adı yazırıq ( dəyişənə verəcəyimiz ad qaydalara uyğun olmalıdır baxın dərs 2 tamamlayıcılar) sonra əgər dəyişnimizə dəyər vermək istəyiriksə = (bərabərdir) simvolunu qoyuruq və onun dəyərini yazırıq.Axırda isə ; (nöqtə vergül) qoyuruq.Ümümiyyətlə proqramlaşdırmada bir sətrin qutarığını elan etmək üçün sətrin sonuna ; işarəsi qoyulur.Digər bir öyrənməli olduğumuz məumat isə şərhlərdir.Proqram yazarkən bəzən çox kod olur və biz bunları qarışdırıq.Bunun qarşısın almaq üçün şəhrlər mövcuddur.Biz proqramın istənilən yerində öz şərhimizi yazaraq proqramı daha da anlaşılır edə bilərik.İki növ şərh mövcuddur birincisi tək bir sətrə şərh yazmaq bunun üçün // simvolundan istifadə olunur.Birdə kütləvi şəkildə şərh yazmaq üçün isə /* buraya*/ bu iki simvolun arasına yazırıq. İndi bu öyrəndiklərimiz işiğında kiçik bir nümünəyə baxaq.

Bu yazıdan əlavə material olaraq hazırladığım slide baxa bilərsiz. http://www.slideshare.net/muradimanbayli/javann-saslar
Məqalə ilə bağlı bütün suallarınız və fikirlərinizi bizimlə formumuzda bölüşə bilərsiz
axırıncı dəyişikliklər (05.02.12 17:14)



