free counters

 

statcounter free invisible

Banner

Kod yazarkən dəyişənləri üstündə əmələr aparmaq lazım olur məsələn :toplama,vurma bölmə və s. Aydındır ki bunlar riyazı əməllərdir.Beləliklə  Javada dəyişənlər üstündə riyazi əməllər aparmaq üçün Aşağıdakı operatorlardan istifadə edilir.

 

 

  1. Toplama(+)
  2. Çıxma(-)
  3. Vurma(*)
  4. Bölmə(/)
  5. Qalıqlı bölmə(%)

 

 

Bu operatorlar işləmək üçün Kiçik bir nümünəyə baxaq: İlk əvvəl iki dəyişən elan edirik(deyisen1 və deyisen2 ) sonra bu dəyişənlər  üstündə sıra ilə +,-,*,/,% əmələrini edirik və bunlari toplama,cixma,vurma,bolme,qaliq  dəyişənlərinə mənimsədirik və axırda bu dəyişənləri çapa veririk.


Java sintaksisini C++ dilindən aldığından orda olan bəzi əmələri qisaltma simvolları da javaya keçmişdir.Məsələnin:i deyişənin dəyərini bir vahid artırmaq istəyiriksə i=i+1 yazırıq(qisaltma simvolu ilə i++ ) aydır ki burada i heç vaxt özünün bir vahid böyük bir ədədə bərabər ola bilməz burda yazılan ifadə onu göstərir ki i dəyişənin üstünə bir əlavə edərək onu yeni i dəyişənin mənimsədilir.Mövzüdan çoxda kənarlaşmaq istərmirəm sadəcə ağlıma gəldiyi üçün dedim. Çünki yeni başlayan əksər insanlari çaşdırır.Ümümiləşdirsək javada aşağdakı qısaltmalar mövcuddur.

 

· ++ dəyişənin dəyərini bir vahid arıtırır(alternativ yazılışı i=i+1)

· -- dəyişənin dəyərini bir vahid azaldır (alternativ yazılışı i=i-1)

· += dəyişəni sağdakı rəqəm qədər arıtır (alternativ yazılışı i=i+x)

· -= dəyişəni sağdakı rəqəm qədər azaldır(alternativ yazılışı i=i-x)

· *= dəyişəni sağdakı rəqəm dəfə artıtı(alternativ yazılışı i=i*x)

· /= dəyişəni sağdakı rəqəm dəfə azaldır(alternativ yazılışı i=i/x)

· %= dəyişəni qalıqını alır(alternativ yazılışı i=i%x)

Qeyd edək ki buradki i bizə verilən deyişən,x isə i dəyişənimizi artıracağımız(azaldacağımız və s.)  dəyişəndir və ixtiyari ədəd ola bilər

İndi bu öyrəndiklərimizin işiğinda yeni bir nümünəyə baxaq.Yenə iki dəyişən elan edirik deyisen1 və deyisen2.İlk əvvəl deyişən biri bir vahid artırıb birVahidArtma deyisenə mənimsədirik və bu deyişəni çapa veririk.Sonra deyisen2 deyerini bir vazhid azaldaraq birVahidAzaltma dəyişəninə mənimsədirik.Daha sonra deyisen1-i deyisen2 qədər artırıb deyisen1 çapa veririk və s.


 

 

axırıncı dəyişikliklər (06.02.12 15:47)

 

Şərhər  

 
0 #2 Murad783 2012-02-06 10:28
Əstağfurullah,s adəcə əlimdən gələn qədər yazmağa çalışmışam
Sitat
 
 
+2 #1 Abdulkadir Selcukogl 2012-02-06 10:08
Murat hocam eline saglik cok guzel olmus
Sitat
 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511829
 6 qonaq