free counters

 

statcounter free invisible

Banner

Müqaysə Operatorları

Keçən dərsimizdə Javadaki riyazi operatorlarla tanış olmuşduq bu dərsdə isə ilk əvvəl müqaysə sonra isə məntiqi operatorları tanıyacıq.Sizə məsləhətim bu dərsi yaxşı qavramanızdı çunki gələcəkdə bu sizin çox qabağınıza çıxacaq hətta bunları demək olar kı proqram yazmağı təsəvvür edilə bilməz.

Biz keçən dərsimizdə dəyişənlərin üstündə riyazi əmələr aparmağın zərurətindən danışmışdıq bu gün isə dəyişənlər üstündə müqayə aparmağdan vacibliyindən danışacıq.Çüki çox proqram yazarkən proqramın işləmə axışı məhz bu müqaysənin cavabından aslıdır.Çünki müqaysə vaxtı geri cavab qaytarır əgər doğrudursa True səhvdirsə false qiymətini.Biz də öz proqramımızda  gerişhatını məhz bu geri gələn cavaba görə müəyyən edərik.Bu dərsdə bu məsələni çoxda izah eləmək istəmirəm çünki bunun  Dərs 6 -ın mövzusudu sadəcə dərs 6 da bu movzudan istifadə edəcik.Bu qədər məlumat verdiyimizə görə indi mövzuya keçə bilərik Javada aşağdakı müqaysə operatorları mövcuddur

 

  • Kiçikdir  operatoru                           <
  • Böyükdür  operatoru                       >
  • kiçikdir bərabərdir  operatoru           <=
  • böyükdür bərabrdir  operatoru       >=
  • bərabərlik  operatoru                     ==
  • Bərabər deyil  operatoru               !=
  • Qarşılaşdırma operatoru(Classlar üçün) instanceof

Kiçikdir Operatoru:Bu operator verdiyimi dəyişənin digərindən kiçik olduğundan true əks halda isə false qiymətiyini qaytarır Məsəl üçün deyək ki bizim dəyişənimiz i-dir və i=2 ve bize başqa bir dəyişəndə verilib onun a=8: biz bel bir şərt qoyduqda i<a aydındır ki 2-i 8-dən kiçikolduğundan geri qaytaracağı dəyər true olacaq.
Büyukdür Operatoru: bu kiçikdir operatorunun tam tersidir.
kiçikdir bərabərdir  operatoru: bu operator kiçikdir operatorun bir şətrin daha (bərabərdir) əlavə olunmuş halıdır.Məsələn i=2 olduğunu nəzərə alaraq i<=2 və i<=4 yazsaq iki halda da geri döndərdiyi dəyər true olacaq.Birinci halda dəyişənimiz ikiyə bərabər olduğundan ikinci halda isə dəyişənimiz 4dən kiçik olduğundan geri qaytardığı dəyər true olacaq.
Böyukdur bərabərdir Operatoru: Bu operator kiçikdir bərabərdir operatorunun tam əksidir.
Bərabərlik Operatoru: bu operator iki dəyişə bir birinə bərabərdirsə true deyilse false dəyərini qaytarır.Diqqət bu operatoru =(mənimsətmə) operatoru ilə qarışdırmayın.Çünki mənimsətmə operatoru sağdaki dəyişəni soldaki dəyişənə mənimsədir ver geriyə heç bir boolean tipli dəyişən qaytarmır.Əgər bu operatorları səhv salıb biri digərini yerinə yazsanı kodlarını error verəcək
Bərabər deyil operatoru: əgər iki dəyişən bir birinə bərabər deyilsə true bəabərdirsə false qaytarı:Məsələn 2!=4 bu geriyə true qaytaracaq
Qarşılaşdırma Operatoru : Bu operatora çoxda danışmaq istəmirəm həm çox istifaə olunan deyil həmdə class mövsunu hələ keçmədiyimizdən ağlınız qarışdıra bilər onun üçün indilik sadəcə bu sözu yadınızda saxlasanız kifayət eliyər.Bir klas digərindən törüyübəs true törəmiyibsə false cavabını qaytarır.
Məntiqi Operatorlar
İndiyə kimi ancaq riyazı tiplərin(int,long,double və s.) operatorları ilə tanış olduq.İndi isə məntiqi(boolean) tipinin operatorları ilə tanış olacıq.Məntiqi dəyişənlər üstündə əmələr aparmaq üçün aşağdakı operatorlar mövcudur
  • Və (and)        &&
  • ve ya(or)        ||
  • ya da (xor)      ^
  • deyil  (not)       !
Və Operaoru:iki məntiqi tipli dəyişənin hər ikisini doğru(true) olduğu halda geriyə true qiyməti qaytarır ək halda false qiyməti qaytarır.
Məsələn  ture && ture //geri qaytardığı dəyər ture
2<3 && 1!=0  // hər iki tərəf doğru olduğundan geri qaytaraçağı dəyər true
4<5 && 2>4   //birinci tərəf doğrudur və ikinci dəyər isə səhvdir,onun üçün geriyə qaytaraçağı flase çunki ve operatoru yanlız hər iki tərəf doğru olduğu halda geriyə true qiyməti qaytarır.
Ve ya Operatoru : Hər iki tərəf doğru olduğundan və ya iki tərəfdən yanlız biri doğru olduğundan geriyə qaytardığı dəyər true olur.əgər hər iki tərəf səhvdirsə geriyə qaytardığı dəyər false olacaq
ture || ture// geri qaytarığı true
2<3  || 1==0// geri qaytarığı true
4>5  || 2>4//  geri qaytarığı false
Ya da Operatoru : Hər iki tərəfdən yanlız biri doğru oluğunda geri qaytardığı dəyər ture əgər hər iki tərəf doğrudursa və ya falsedisə geriyə qaytardığı dəyər falsedir.
ture || ture// geri qaytarığı false
2<3  || 1==0// geri qaytarığı true
4>5  || 2>4//  geri qaytarığı false
Deyil operatoru:Bu operator true tipindəki məntiqi dəyişəni false ,false tipindəki məntiqi dəyişəni isə true çeviri
Dərs ilə bağlı hər növ suallarını və ya təkliflərini bizimlə formumuzda bölüşə bilərsiz.




 

axırıncı dəyişikliklər (06.02.12 17:53)

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511831
 6 qonaq