Çox vaxt PHP-də proqramlaşdırmağa başlayanlar çətinliklə üzləşirlər: təcrübi platformanın yaradılması. Buraya “Apache”, “PHP” və verilənlər bazasını (misal üçün “MySQL”) yükləyib parametrələrinin verilməsidir. Hörmətli oxucu, PHP-də nəisə yazmaq üçün heç də web server, hostinq almaq lazım deyil. Çox asanlıqla öz kompyuterini web serverə çevirə bilərsən və əməliyyat sisteminin Windows və ya *nix olmasının fərqi yoxdur. Bunun üçün bir neçə variant var:
1. “Apache”, “PHP”, “MySQL” server proqramlarını köçürüb, ayriliqda yükləyərək.
2. “XAMMP”, “D.E.N.We.R” kimi hazir yığımı yükləyərək.
Təzə başlayan adam üçün sözsüz ki, 2-ci variant daha asan olar. Belə ki, 1-ci variant bir qədər “başağrı” kimi gələ bilər. Mən seçimi “D.E.N.We.R”-də saxlayıram. Belə ki, tez və asan olaraq (5 dəqiqəyə) təcrübələriniz üçün rahat AMP (Apache MySQL PHP) platforması qaldırmış olacaqsan. Hal-hazırki dərsdə biz Linuxda LAMP server qaldırmaq barədə danışmayacam. Belə ki, Linuxu bilən üçün LAMP “halva-çörək” kimi gələcək.))) Həm də ki, mən bloqu PHP-ni təzə öyrənənlər üçün yazıram. Nə iə… ))) keçək əsas məsələyə. Brauzeri aç və http://www.denwer.ru/ saytına daxil ol, dewer-in son versiyasını köçür. Yükləmək problem yaratmayacaq. Belə ki, “ENTER” düyməsini bir neçə dəfə basmaq kifayət edəcək. ))) Nəticədə
“C”-də “WebServers” kataloqu və iş masasında (desktopda) “Start servers”, “Stop servers” əmələ gələcək. İkonları əmələ gələcək. Bu ikonlar web server işə salmaq və dayandırmaq üçündür.
“WebServers” kataloquna baxaq:
Bu kataloqda bir neçə alt-kataloqlar olacaq.
1. “etc” – burada denweri işə salmaq və dayandırmaq üçün skriptlər yerləşdirilir.
2. “home” – burada biz virtual xostlar yaradacağıq.
3. “tmp” – bu kataloqda web serverin işi zamanı müvəqqəti fayllar yerləşdirilir.
4. “usr” – kataloqunda apache, mysql, php serverlərin binar faylları yerləşdirilir.
Hələlik bizi maraqlandıran “home” kataloqu olacaq. Bu kataloqda yaradacağımız hər bir alt-kataloq DENWER işə salındıqda Windows əməliyyat sistemində. “hosts” faylında yaratdığımız kataloqun adına uyğun URL-i localhost-a bağlayir. Uzun söhbətdir ))) Odur ki, misal ilə izah edim.
“C:\WebServers\home\”-a daxil olaq. Burada “test” kataloqu yaradaq və kataloqa daxil olaq. Cari kataloqda “www” kataloqu yaradaq. Məhz bu kataloqa biz öz skriptlərimizi yerləşdirib yoxlayacağıq.
Sən soruşacaqsan: – skriptləri nədə yazacam?
Cavab: – sənin rahatlığın üçün mən “Adobe Dreamweaver” – i məsləhət bilirəm. Amma seçimlər çoxdur: Notepad ))), Notepad++, Zend Studio, NerBeans, Dreamweaver və s. Amma mən seçimi Dreamweaver-də saxladım. Çünki, məncə ona indiyə kimi heç bir WYSIWYG proqram çatmayıb.
Əgər Dreamweaver-in yoxdursa hələlik NOTEPAD-də yaza bilərsən.
Açaq NOTEPAD-i və yazaq:
<?php
echo "test sehifem";
?>
File -> Save as (“Сохранить как”) basaraq “C:\WebServers\home\test\www\” alt-kataloquna daxil olaq, faylın adını “index.php” yazıb faylın tipi bölməsində “All files *.*” seçib “SAVE” basaq.
Daha sonra “C:\WebServers\etc\” kataloquna daxil olub, “run.exe” faylını və ya “iş masasından” (desktop) “Start servers”-i işə salaq.
Bundan sonra brauzeri açıb ünvan yerinə daxil edək: http://test/
Əgər ardıcıllıqla etmisənsə mən gördüyüm pəncərəni sən də görəcəksən




Şərhər
RSS şərhlər bu posta uyğun olaraq.