Başlıca olaraq php tətbiq sahəsi serverdə işləyən skriptlərin yazılması hesab edilir; beləliklə, bu üsulla php digər CGI proqramlarının yerinə yetirdiyi istənilən işi həyata keçirə bilər, məsələn verilənlərin formalarını emal etmək, dinamik səhifələr yaratmaq və ya cookies göndərmək və qəbul etmək. Lakin php həm də başqa çoxlu məsələləri həll edə bilər.
Php-nin tətbiq olunduğu üç əsas oblast mövcuddur:
· Serverdə işləmək üçün skriptlərin yazılması. Php bu sahədə çox geniş istifadə olunur. Sizə əsasən PHP parser (CGI proqramı və ya server modulu şəklində), veb-server və brouzer lazım olacaq. Brouzerdə php-skriptlərin icrasının nəticələrini görmək üçün sizə işləyən veb-server və quraşdırılmış PHP lazımdır. Siz sadəcə eksperiment aparmaq istəyirsinizsə, onda server əvəzinə öz kompyuterinizdən istifadə edə bilərsiniz.
· İcra sətrində yerinə yetirmək üçün skriptlərin yaradılması. Siz vebserverdən və ya brouzerdən asılı olmadan icra oluna bilən skriptlər yaza bilərsiniz. Php-nin bu cür istifadə olunması requlyar icra olunmalı skriptlər üçün idealdır, məsələn cron (*nix və ya Linux platformalarında ) və ya Windows məsələ planlaşdırıcıları (Task Scheduler) vasitəsilə. Bu skriptlər həmçinin mətnlərin sadə emalı məsələlərində də istifadə oluna bilər.
· Klientdə icra olunan pəncərə tətbiqlərinin yaradılması. Ola bilər ki, php bu cür əlavələrin yaradılması üçün ən yaxşı dil deyil, amma əgər siz php-ni çox yaxşı bilirsinizsə və bunun bəzi imkanlarını öz klient-tətbiqlərinizdə istifadə etmək istəyirsinizsə onda bu cür əlavələrin yaradılması üçün PHP-GTK istifadə edə bilərsiniz. Bu üsulla siz həmçinin kross-platforma tətbiqləri yarada bilərsiniz. PHP-GTK PHP-nin genişlənməsi hesab olunur və PHP distributivi ilə birlikdə təchiz olunmur.
PHP bir çox əməliyyat sistemləri tərəfindən dəstəklənir, Linux, Unix-in bir çox modifikasiyaları (HP-UX, Solaris və OpenBSD kimi), həmçinin Microsoft Windows, Mac OS X, RISC OS və bir çox başqaları. Həmçinin PHP-ni bir çox müasir vebserverlər, Apache, Microsoft Internet Information Server, Personal Web Server, Netscape və iPlanet serverləri, Oreilly Website Pro, Caudium, Xitami, OmniHTTPd kimi vebserverlər dəstəkləyir.
Beləliklə, PHP seçməklə siz vebserver və əməliyyat sistemi seçmək hüququ əldə edirsiniz. Bundan əlavə prosedur və obyekt-orientasiyalı proqramlaşdırma və ya onların birləşməsini istifadə etmək seçimi əldə edirsiniz.
PHP təkcə HTML göstərməyə qadir deyil. PHP həmçinin təsvirlərin, PDF faylların, həmçinin Flash çarxlarının (libswf və Ming vasitəsilə yaradılmış) formalaşdırılmasını da təmin edir. PHP həm də XHTML və başqa XML-faylları kimi istənilən mətn verilənlərini göstərməyə qadirdir. PHP belə faylların avtomatik generasiyasını həyata keçirməyə, onları klientə vermək əvəzinə sizin serverin fayl sistemində saxlamağa, bununla da serverdə dinamik məzmunlu keş yaratmağa qadirdir.
Php-nin əsas üstünlüklərindən biri onun dəstəklədiyi verilənlər bazası oblastının geniş olmasıdır. Verilənlər bazasından istifadə edən skriptlərin yaradılması çox sadədir. Hal-hazirda PHP aşağıdakı verilənlər bazasını dəstəkləyir:
- Adabas D
- dBase
- Empress
- FilePro (только чтение)
- Hyperwave
- IBM DB2
- Informix
- Ingres
- InterBase
- FrontBase
- mSQL
- Direct MS-SQL
- MySQL
- ODBC
- Oracle (OCI7 и OCI8)
- Ovrimos
- PostgreSQL
- SQLite
- Solid
- Sybase
- Velocis
- Unix dbm
Həmçinin PHP abstrakt səviyyədə işləmək məqsədilə DBX-i də dəstəkləyir, beləliklə siz DBX istifadə edən istənilən verilənlər bazası ilə işləyə bilərsiniz. Bundan əlavə PHP ODBC (Open Database Connection standard) da dəstəkləyir, nəticədə siz bütün dünyada qəbul olunmuş bu standartı dəstəkləyən istənilən verilənlər bazası ilə də işləyə bilərsiniz.
PHP həmçinin LDAP, IMAP, SNMP, NNTP, POP3, HTTP, COM (Windows platformalarında) və bir çox başqa protokollardan istifadə etməklə digər servislərlə “əlaqə”ni də dəstəkləyir. PHP mürəkkəb verilənlər strukturu mübadiləsinin standartını WDDX dəstəkləyir. Digər dillərlə qarşılıqlı əlaqəsinə diqqət yetirdikdə, Java obyektlərinin dəstəklənməsi və onların PHP obyektlər kimi istifadə oluna bilməsini qeyd etmək lazımdır. Kənar obyektlərə qoşulmaq üçün CORBA genişlənməsindən istifadə olunur.
PHP-də Perl və ya POSIX Extended-dən başlayan və XML dokumentlərinin parserləri ilə qurtaran mətn informasiyalarının emalı vasitələri mövcuddur. PHP4-də XML parsinq üçün SAX və DOM standartları istifadə olunur. XML dokumentlərinin çevrilməsi üçün XSLT genişlənməsi istifadə olunur. PHP5-də XML dokumentləri standartlaşdırılıb və libxml2 kitabxanasının bazasında həyata keçirilir. Həmçinin XML-lə işləmək üçün iki yeni genişlənmələr əlavə olunub: SimpleXML və XMLReader.
Elektron kommersiya sahəsində PHP ilə işləyərkən ödəmələrin həyata keçirilməsi üçün Cybercash, CyberMUT, VeriSign Payflow Pro və CCVS proqramlarına diqqət yetirmək lazımdır.
Bundan başqa PHP-nin mnoGoSearch, IRC Gateway kimi axtarış funksiyaları, sıxılmış fayllarla (gzip, bz2) işləyən funksiyalar, təqvim hesablamaları funksiyası, çevirmə funksiyası, və s imkanları vardır.
Göründüyü kimi sadəcə bu məqalədə PHP-nin təqdim etdiyi bütün imkanları sadalamaq qeyri-mümkündür.



Şərhər
çox təəccübləndim Bir xanımın PHP haqqında yazısını gördüyüm üçün.. Maşallah
RSS şərhlər bu posta uyğun olaraq.