free counters

 

statcounter free invisible

Banner

İndi isə WHERE <predikat> operatorunu nəzərdən keçirək, bu operator həmişə FROM sözündən sorna gəlir. Bu halda sorğunun nəticəsi olaraq yalnız predikatın TRUE şərtini ödəyən məlumatlar çıxacaqdır. Yəni predikatda verilən şərt hər bir sütun üçün yoxlanılır. Misal olaraq belə bir sorğu vermək olar 500 dollardan aşağı qiymətə olan bütün kompyuterlərin operativ yaddaşını və prosessorun takt tezliyini ekrana göstərsin və eyni olaraq dublikata yol verməsin. onda sorğunun forması aşağıdakı şəkildə olacaqdır:

SELECT DISTINCT speed, ram
FROM Pc
WHERE price<500
ORDER BY 2 DESC

 

speed ram
450 64
450 32
500 32

sonuncu sorğuda müqaisə predikatından istifadə edilibdir "<" (kiçikdir). Bundan başqa digər müqaisə pedikatlarından istifadə etmək mümkündür: "=" (bərabər), ">" (böyük), ">=" (böyük və ya bərabər), "<=" (kiçik və ya bərabər) və "<>" (bərabər deyil). Müqaisə zamanı FROM-dan sonra verilən cədvəlin istənilən sütununa görə aparmaq mümkündür.
Sadə müqaisə predikatlarına misal:

price < 1000 qiyməti $1000-dan az.
type = 'laptop' malın tipi laptop olduğunu bildirir.
cd = '24x' CD-ROM-un sürəti 24x-bərabər olanlar.
color <>'y' Rəngsiz printer.
ram - 128 >0 operativ yaddaş 128 Mb çox olanlar və yaxud 128 mb az olmayanlar.
price <= speed*2 Qiyməti prosessotun takt tezliyindən iki dəfədən çox olmamaq şərti ilə.

 

axırıncı dəyişikliklər (15.11.09 12:04)

 
Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511845
 5 qonaq