free counters

 

statcounter free invisible

Banner



King max şirkəti dünyanın ilk 64 Gb microSD yaddaş kartını təqdim edib.


 

Bu daşıyıcı class 6 kimi sertifikatlaşdırılmışdır. Başqa sözlə, onun oxuma və yazma sürəti 48 Mbit/s-dən az olmamalıdır. Kart SD 2.0 standartı ilə uyğunlaşsa da, ən yeni SD 3.0 tələblərinə də  tamamilə cavab verir.

Kingmax 64 Gb Yaddaş Kartının İmkanları

İstehsalçının qeyd etdiyi kimi, 64 Gb yaddaş kartı 20 min foto və ya 720p formatında 24 saatlıq video saxlamağa kifayət edir.

Kartda həmçinin ECC qüsurlarının korreksiyası və daşıyıcılarla iş zamanı mobil qurğuların avtonom göstəricilərini yüksəldən enerjiyəqənaətcil texnologiyalar da tətbiq olunmuşdur.

Satış Nə Zamandır?

64 Gb Kingmax yaddaş kartının dəyəri və satışa çıxarılacağı tarix hələlik bəlli deyil. Çox güman ki, ilk vaxtlarda kartın qiyməti kifayət qədər baha olacaq.

Həmçinin belə güman etmək olar ki, daha irihəcmli yaddaş kartlarının meydana çıxması 32 Gb microSD daşıyıcıların qiymətinin xeyli azalmasına səbəb olacaq. Bu isə bir çöx mobil qurğu istifadəçiləriin lap ürəyincə olar. Çünki hələlik əksər smartfonlar 64 Gb kartı dəstəkləmədiyindən, 32 Gb daşıyıcı onlar üçün ən ideal həlldir.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511880
 15 qonaq