Şimali Karolina Universitetinin (North Carolina State University) bir qrup tədqiqatçısı toxuculuq materiallarına keçirici nanoörtüyün çəkilməsi üzrə innovativ metod işləyib hazırlayıblar.
Halbuku buna qədər keçirici nanoörtük yalnız qeyri-üzvi səthlərə, məsələn silisium üzərinə çəkilə bilirdi. Amma indi alimlər keçirici örtüyü elastik üzvi materiallar üzərinə atom səviyyəsində laybalay (atomic layer deposition) çəkməyə imkan verən texnologiya işləyib hazırlayıblar.
Texnologiyanın Əhəmiyyəti
Elektrik qurğu istehsalçıları kağız və ya parça üzərində elektron sxemlər hazırlamaq imkanı əldə edəcəklər. Bu da öz növbəsində, bəzi elektron qurğuların istehsalı prosesinin həm sadələşməsinə, həm ucuz başa gəlməsinə səbəb olacaq. Bundan əlavə, belə qurğuları birbaşa geyim elementlərinə quraşdırmaq mümkün olacaq.
Texnologiya İstehsalda Nə Zaman Tətbiq Olunacaq?
Tədqiqatçılar hələlik işləyib hazırladıqları bu texnologiyanın kommersiya məqsədilə istismarının nə zaman başlayacağını açıqlamayıblar.
Mənbə: www.texnomedia.com




