free counters

 

statcounter free invisible

Banner

HP şirkəti blldirib ki, TouchPad Wi-Fi planşeti artıq 1 iyuldan etibarən satışa çıxarılacaq.


 

Təbii ki, ilk günlərdə məhsul ABŞ-da satışa çıxarılacaq. Bir neçə gün sonra planşet Böyük Britaniya, Almaniya, İrlandiya və Fransa, iyulun ortalarında isə Kanadada ictimaiyyətə təqdim olunacaq.

Müəyyən olunmuş təchizat qrafikinə əsasən, TouchPad Wi-Fi planşeti həmçinin İtaliya, İspaniya, Avstraliya, Honq-Konq, Yeni Zelandiya və Sinqapura da göndəriləcək.

HP TouchPad planşetini həm pərakəndə satıcılardan, həm də birbaşa HP-nin şirkətindən əldə etmək mümkündür.

HP TouchPad Planşetinin Dəyəri

16 və 32 Gb daxili yaddaşla təchiz olunan modellərin qiyməti müvafiq olaraq $500 və $600 olacaq. İstər Şimali Amerika, istərsə də Avropada HP TouchPad üçün ilkin sifarişlər artıq 19 iyundan etibarən qəbul olunacaq.

Xatırladaq ki, HP TouchPad planşeti bu ilin fevral ayında rəsmi olaraq nümayiş edilmişdi.

HP TouchPad Planşetinin Başlıca Göstəriciləri:

  • 9,7″ sensor ekran (1024×768);
  • İkinüvəli 1,2 GHz Snapdragon APQ8060 prosessoru;
  • HSPA+, Bluetooth 2.1+EDR və Wi-Fi 802.11b/g/n simsiz rabitə modulları;
  • 1,3 mp kamera;
  • Akselerometr;
  • Hiroskop;
  • Rəqəmli kompas;
  • İşıqlanma sensoru;
  • 3,5-mm audio-port;
  • WebOS 3.0 əməliyyat sistemi.

Planşet alıcılarına həmçinin bir sıra aksessuarlar: HP Touchstone Charging Dock induktiv enerji təchizatı qurğusu, HP TouchPad Wireless Keyboard simsiz klaviaturası və HP TouchPad Case örtüyü də təklif olunacaq. Bu əlavələrin hər birinin qiyməti təqribən 50-80 dollar civarında tərəddüd edəcək.

HP TouchPad planşetinin 3G şəbəkələrini dəstəkləyən versiyası isə bu ilin yayında təqdim olunacaq.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511885
 14 qonaq