free counters

 

statcounter free invisible

Banner


Dizayner Amid Moracaneh (Amid Moradganjeh) olduqca fərqli konseptual mobil telefon işləyib hazırlayıb.

Rimino Mobil Telefonunun Başlıca Özəllikləri

Rimino adlanan bu mobil telefonun adi telefonlardan başlıca fərqi onun vizual görünüşündədir, daha doğrusu, bütün təsvirlərin ekranda vizual yerləşməsidir. Başqa sözlə, foto, kart, hətta telefonun menyusu da ekranda aydın şəkildə görünür.

Belə üslub telefon ekranına fərqlilik gətirməklə yanaşı, həm də enerjiyə xeyli qənaət etməyə imkan verir.

Mobil telefonun daha bir özəlliyi onun fərqli idarəolunma prinsipidir. Belə ki, sərt ekranı olmayan qurğunun bir sıra funksiyaları məhz kənar mexaniki təsirlər vasitəsilə işə salına bilər.

Məsələn, qacetin bu və ya digər imkanlarından yararlanmaq üçün onu əymək və ya fırlatmaq gərəkdir. Özü də Rimino-dakı daxili komandalarla xarici təsirlərin uyğunluğunu əllə proqramlaşdırmaq mümkündür.

Hər halda Dizayner Amidin bu telefon konsepti olduqca sadə görünsə də, kifayət qədər rahat, praktik və etibarlı qacet təsiri bağışlayır.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511887
 14 qonaq