Q-Dir çoxfunksiyalı fayl meneceridir. Bu proqramın başlıca xüsusiyyəti fayl və qovluqlardan ibarət 4-panelli qeyri-adi interfeysidir.
Q-Dir Proqramının Başlıca Funksiyaları
Proqramın iki versiyası mövcuddur: 32 və 64 bit platformalar üçün. Fayl meneceri seçilmiş qovluqlara sürətlə keçməyə, eləcə də fayllara ilkin baxış üçün şəkilləri generasiya etməyə imkan verir.
Proqram Windows-un kontekst menyusuna inteqrasiya da oluna bilər. Q-Dir həmçinin ZİP arxiv və FTP linklərlə işləməyə imkan verir, müxtəlif tip fayllar fərqli rənglərlə işarələnir.
Seçilmiş paneldə fayl və qovluqlar haqqında məlumat XLS, CSV, TXT və HTML formatlarına keçirilə bilər.
Fayl menecerinin alətləri arasında ekranda təsvir fraqmentini böyütməyə imkan verən daxili ekran lupasını xüsusilə qeyd etmək lazımdır.
Q-Dir 4.61 Versiyasına Edilmiş Dəyişikliklər
Son versiyada bir sıra qüsurlar aradan qaldırılmış, eləcə də dil modulları yenilənmişdir.
Müəllif: Nenad Hrg
Dəyəri: pulsuz
Əməliyyat Sistemi: Windows All
Həcm: 452 Kb
Buradan yükləyin.
Mənbə: www.texnomedia.com




