Motorola Mobility şirkəti iki SIM kartı dəstəkləyən yeni EX223 telefonunu təqdim etdi. Məhsulun Tayvan bazarına çıxarılması yerli telerabitə provayderi Chunghwa Telecom şirkətinin sayəsində mümkün olmuşdur.
Motorola “İkisimli” modellərin istehsalına hələ ötən il EX128 və EX115 telefonları ilə başlamışdı. Son məhsuluna isə istehsalçı sensor ekran və QWERTY-klaviatura da əlavə etmişdir.
Motorola Bu Telefonun İstehsalını Hansı Şirkətə Həvalə Edib?
Motorola üçün yeni EX223 modelini Arima Communications şirkəti hazırlamışdır. Əldə olunan məlumata əsasən, 2011-ci ilin ilk rübündə sifariş olunan Motorola telefonlarının 35-40%-i Arima tərəfindən istehsal olunan modellərin payına düşür.
Bu sektorda Sony Ericsson və LG Electronics şirkətlərinin payına isə müvafiq olaraq 30-35% və 25-30% düşür.
İlin ikinci yarısında Arima Motorola-dan daha 3-4 yeni model üçün sifariş alacağına ümid edir. Bəzi proqnozlara görə, adı çəkilən şirkət Motorola üçün cari ildə təqribən 10-12 milyon sayda telefon istehsal edəcək.
Mənbə: www.texnomedia.com




