Yaxın günlərdə Londonda Orange və Kineto Wireless şirkətlərinin keçirdiyi tədbirdə media nümayəndləri yeni LG telefonunun ilkin görüntülərini çəkiblər.
Pocket-lint resursunun jurnalistləri məhsulun adını aydınlaşdırmağa cəhd etsələr də, bu, bir nəticə verməyib. Yalnız ehtimalla söyləmək olar ki, bu slayder telefon Flip II və ya LG Maxx Q i modelidir.
Qeyd edək ki, bu il LG şirkəti Amerika operatoru T-Mobile üçün geniş çeşiddə telefon modelləri təqdim etməyi planlaşdırır.
Telefonun Başlıca Özəlliyi
Yeni qurğunun başlıca özəlliyi ondan ibarətdir ki, hərəkətli QWERTY-klaviaturada əlavə sensor ekran yerləşmişdir. İlkin fotogörüntülərdən belə güman etmək olar ki, telefon Android 1.6 əməliyyat sistemi ilə işləyir. Buna istinadən, Engadget.com resursu bildirir ki, mətbuatın hədəfinə tuş gələn bu qurğu, çox güman ki, köhnə prototip olduğundan onun işıq üzü görəcəyi inandırıcı deyil.
Belə ki, smartfonun arxa hissəsində LED-işıqlanmaya malik kamerada heç bir marka qeyd olunmayıb. Bu da adətən ilkin işlənib hazırlanma mərhələsində olan prototiplərdə müşahidə olunur.
Mənbə: www.texnomedia.com










