Sharp korporasiyası iyulda satışa yeni tip televizorlar çıxaracaq.
MarketWatch resursunun qeyd etdiyinə görə, bu televizorlar proqram vasitəsilə smartfonlara bağlanacaq. “Televizor Bazarında mövcud ab-hava son illərdə kəskin dəyişmişdir. Belə televizor modellərinə olan tələb bütün dünyada artmaq üzrədir” – deyə Sharp şirkətinin audiovizual texnika yarımbölümünün baş icraçı direktoru Tsuneo Nakamuro vurğulayıb.
Aquos Televizorunun İşləmə Prinsipi
Aquos adlandırılmış yeni televizorlar Smart Familink proqram təminatı ilə təchiz olunacaq. Bu utilit hər hansı Android smartfonu və ya planşetindən audio və video-kontenti televizora və əksinə ötürməyə imkan verir.
Bu proqram təminatı həmçinin Mp4, JPEG, Mp3 formatlarını da dəstəkləyir.
Mənbə: www.texnomedia.com




