Toshiba şirkəti yeni mobil AMD Llano platformalı Satellite L775D-S7210 noutbukunun təchizatına başlayıb.
Satellite L775D-S7210 Noutbukunun Başlıca Göstəriciləri
- 1600×900 nöqtə çözünürlüyə malik 17,3 dyüm TruBrite displeyi matrisin LED işıqlanmasını dəstəkləyir ki, bu da aşağı enerji sərfiyyatı zamanı təsvirin yüksək təzadlılığını təmin edir;
- 2,3 GHz AMD Llano APU (accelerated processing unit) A6 prosessoru (Radeon HD 6520M qrafik nüvəsi ilə təchiz olunmuşdur);
- 4 Gb DDR4 əməliyyat yaddaşı;
- 640 Gb sərt disk;
- Optik DVD ötürücüsü;
- 10/100 şəbəkə Ethernet interfeysi;
- Wi-Fi 802.11 b/g/n simsiz rabitə modulu;
- Çoxformatlı kard-rider;
- Veb kamera;
- Rəqəmli bloka malik tamfunksiyalı klaviatura;
- Eyni zamanda bir neçə toxunuşu tanıyan taçpad;
- HDMI videoçıxışı.
- 64-bit Windows 7 əməliyyat sisteminin Home Premium nəşri.
Satış Nə Zamandır?
Yeni Toshiba Satellite L775D-S7210 noutbuku artıq distribyutorlar tərəfindən tədarük edilməkdədir və çox qısa zamanda satışa çıxarılacaq. Məhsul artıq 580 dollara ilkin sifariş oluna bilər.
Mənbə: www.texnomedia.com




