Bu həftə mətbuatdan yenidən növbəti qurğunun relizi barədə məlumat sızmağa başlayıb. Əgər əvvəllər Apple iPhone 5-in sentyabrda təqdim olunacağı bildirilirdisə, indi relizin avqustun ortalarında baş tutacağı gözlənilir.
Yeni iPod modellərinin reliz vaxtı da çox güman ki, sentyabrdan yayın sonuna keçiriləcək.
Apple iPhone 5 iPhone 4-ə Bənzəyəcək?
BGR.com resursuna istinadən, Apple iPhone 5-i minimum dəyişiklik edilmiş iPhone 3GS-ə bənzətmək niyyətində deyil.
İstehsalçı bu smartfonun dizaynını əvvəlki telefonlardan tam fərqli bir üslubda təqdim edəcək və 2011-ci ilin sonunadək məhsulun ümumi xarakteristikasını daha da təkmilləşdirəcək.
Apple iPhone 5-in Başlıca Göstəriciləri
Yeni iPhone-da ikinüvəli A5 prosessoru, 8 mp kamera, videozənglər üçün daha keyfiyyətli kamera, yeni iOS 5 platforması tətbiq olunacaq. Displeyin ölçüsü isə 3,5 dyümdən 4 dyümədək olacaq.
Mənbə: www.texnomedia.com




