free counters

 

statcounter free invisible

Banner

GSMArena.com resursu yeni Nokia N5 smartfonunun görüntülərini dərc edib.


Qurğu bir qədər dəyişdirilmiş interfeysə malik Symbian Anna əməliyyat sistemi ilə təchiz olunmuşdur.  Qeyd edək ki, interfeys bir qədər N9 telefonundakı MeeGo Harmattan-a bənzəyir.

Nokia N5-in Başlıca Göstəriciləri

Nokia N5 satışa ən azı iki rəng çalarında (ağ və qara) buraxılacaq. Bəyaz modeldə korpusun arxa tərəfi açıq-yaşıl rəngə boyanmışdır. Nokia N5-in sensor displeyi 3,2” diaqonala malikdir.

Korpusun sağ tərəfində kameranı və səsi nizamlayan düymələr yerləşir.

Telefon LED işartılı 5-mp kamera ilə təchiz olunub.

Ekranın Çözünürlüyü Daha Yüksəkdir

Çox güman ki, smartfonun ekranı əvvəlki modellərlə müqayisədə, daha yüksək çözünürlüyə malikdir. Həmçinin belə ehtimal etmək olar ki, bu yeni model Symbian S60 5th Edition platforması ilə işləyən büdcə taçfonunun əvəzedicisi kimi hazırlanmışdır.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511897
 12 qonaq