Pentacon şirkəti PRAKTICA DVC 5.6 FHD adlı yığcam rəqəmli videokamera təqdim edib. Yeni məhsul saniyədə 30 kadr sürətilə 1920×1080 piksel çözünürlüyə malik Full HD AVI-video çəkə bilir.
Bundan əlavə, kamera həmçinin maksimal 16-mp çözünürlüyə malik JPEG-şəkillər də çəkə bilir.
Pentacon PRAKTICA DVC 5.6 FHD Videokamerasının Başlıca Özəllikləri
- Qurğunun çəkisi 222 q-dır;
- Gümüşü elementlərlə bəzədilmiş qırmızı korpusla örtülən kameranın ölçüləri 119,6 x 46,6 x 61,5 mm-dir;
- 5-mp CMOS-sensor;
- 5-qat optik böyütməyə malik obyektiv;
- 4-qat rəqəmli böyütmə;
- 3-dyüm 960×240 piksel çözünürlüklü sensor TFT-displey (qatlana və döndərilə bilir);
- 128 MB daxili yaddaş;
- Çıxarılabilən daşıyıcıları qoşmaq üçün SD/SDHC standartlarını dəstəkləyən slot;
- USB 2.0 interfeysi;
- HDMI portu;
- NTSC/PAL dəstəyinə malik videoçıxış.
Qurğu ağ və 3 rəngli çalardan ibarət 5 növ balanslaşdırma imkanı ilə təchiz olunmuşdur.
Elektrik enerjisi təchizatı isə NP 120 litium-ion akkumulyatoru hesabına həyata keçirilir.
Satış Nə Zamandır?
Məhsulun qiyməti və kütləvi satışa çıxarılacağı tarix barədə hələlik heç bir məlumat verilmir.
Mənbə: www.texnomedia.com




