Bəzi stolüstü kompüter istifadəçiləri öz qurğularına eyni zamanda iki monitor birləşdirir. Imerj və Frog şirkətləri də mobil telefon aləminə bunabənzər yenilik gətirmək qərarına gəliblər.
Beləliklə də, 2-in-1 Smartpad adlı dual telefon prototipi işlənib hazırlanmışdır.
2-in-1 Smartpad Mobil Telefonunun Başlıca Özəllikləri
Əlbəttə, buna qədər bir neçə növ ikiekranlı qatlama mobil telefon yaradılmışdır. Amma 2-in-1 smartpad onlardan tamamilə fərqlənir. Onun tamfunksiyalı hər iki ekranı eyni zamanda çalışa bilir.
İri Ekran
Hər bir displey adi mobil telefon ekranından, demək olar ki, seçilmir. Ekranlar dolğunrəngli görüntülər, mətn təsvir edə bilir. Bir sözlə, hər iki ekran adi displeyin yerinə yetirdiyi bütün funksiyaların öhdəsindən asanlıqla gəlir.
Çevrilmiş rejimdə isə bu iki ekran 6-dyüm diaqonallı vahid bir displey əmələ gətirir. Bu isə az qala kiçik planşet ekranı ilə müqayisə oluna bilər.
Təbii ki, belə iri ekranda internet sörfinq, eləcə də qiraət, oyunlar oynamaq və video seyri olduqca rahatdır.
Bu telefonun sadəcə kiçik bir qüsuru iki ekran sayəsində onun qabaritlərinin iri olmasıdır. Bu da qurğunu özünüzlə daşımaq üçün bir qədər narahatçılıq törədə bilər.
Mənbə: www.texnomedia.com





