İyul ayının 30-da Bakıda növbəti, sayca 3-cü Alma Store mağazasının açılış mərasimi keçirilib. Açılış, texnologiya sahəsindən olan media nümayəndələri və loyal müştərilərin iştirakı ilə keçirilib. Mağazada bütün Apple məhsul sırası, onlar üçün aksessuarlar və Wacom planşetləri təqdim olunub. Mağaza Apple tərəfindən avtorizə olunaraq dəstək və satış mərkəzi kimi Apple Authorised Reseller və Apple Authorised Service Provider statuslarını əldə etmişdir. Burada müştərilərə istifadə etdikləri Apple texnologiyasi ilə bağlı tam servis və dəstək xidməti göstəriləcək və təlimlər keçiriləcəkdir.
Yeni mağazanın açılışı ilə əlaqədar reklam kampaniyasına da start verilib. “Göydən 3 Alma düşdü” konsepti ilə sayca 3-cü Alma Store mağazasının açılışını vurğulayan reklam aksiyası, outdoor, radio, BTL, onlayn və sosial media kimi kommunikasiya vasitələri ilə təbliğ olunub.
Məlumat üçün qeyd edək ki, Alma Store Azərbaycanda Apple texnologiyasının satış hüququna sahib olan yeganə mağazalar şəbəkəsidir və ölkəmizdə Apple-ın biznes partnyoru olan Mac.az Ltd şirkətinin pərakəndə satış şəbəkəsidir.
axırıncı dəyişikliklər (05.08.11 10:32)



