
Evinizdə və ya ofisinizdə uzaq, qoşulması çətin olan yerdə internetə qoşulmaq istəyirsiniz? Cisco maksimum 200 Mbit/saniyə sürətli internet şəbəkəsini elektrik enerjisinin vasitəsilə evinizdə yaymağa kömək edəcək qurğu təklif edir.
Hər bir “Linksys HomePlug AV Powerline” seçənəyi özündə “Ethernet” adaptrerini saxlayır. Bu adapterlərdən biri sizin modemə, digəri isə internetə qoşmaq istədiyiniz kabellə işləyən qurğuya qoşulur və onların hər ikisi elektrik çıxışlarına birləşdirilir. Bundan sonra “Powerline” internetin yayılması üçün evinizin elektrik sistemindən istifadə edir. Bununla da siz evinizin istənilən yerindəki qurğunu, kabellərə baş yormadan, asanlıqla internetə qoşa bilərsiniz. Kompaniya hələlik 1 və 4 portluq qurğuların hər birini 100 dollar dəyərində qiymətləndirir. Əgər sis kebelsiz qoşulmanı yaymaq istəyirsinizsə Mart ayını gözləməlisiniz, Cisco Wi-Fi siqnalını yaymaq üçün “HomePlug” sistemini Mart ayında buraxacağını bildirib.
axırıncı dəyişikliklər (25.01.12 19:18)



