Məşhur alim Cey Storrs Holl bu qənaətdədir ki, nanotexnologiyalar insan həatının bütün sahələrində geniş yer alacaq. Onların əsasında yaradılacaq mal və ərzaqların tətbiqi bütöv iqtisadiyyat sahələrini kökündən dəyişəcək.
Nanotexnologiya tibbdəNəzəri cəhətdən nanotexnologiyalar insanın məhv olan hüceyrələrini regenerasiya yolu ilə onun fiziki ölməzliyinə imkan yaradacaq. Bəzi proqnozlara görə, lap yaxın gələcəkdə poçt markası ölçüsündə tibb qurğuları meydana gələcək. Onları yara üzərinə qoyan kimi qan analizi aparacaq, hansı dərmanlardan istifadə olunacağını müəyyənləşdirəcək və qana yeridəcək.
Nanotexnologiya sənayedə
Yaxın zamanlarda nanotexnologiyalar əsasında ilk robotlar yaradılacaq. Bu robotların hazır atomlardan istənilən əşya hazırlayacağı nəzəri cəhətdən mümkündür. Nanotexnologiyalar kənd təsərrüfatında da möcüzələr yarada biləcə. Molekulyar robotlar kənd təsərrüfatı bitkiləri və heyvanlarının əvəzinə qida məhsullarına özləri hazırlayacaq. Məsələn, inəyin iştirakı olmadan südü birbaşa otdan almaq nəzəri cəhətdən mümkündür. Nanotexnologiyalar ekoloji mühiti də sabitləşdirmək iqtidarındadır. Ona görə ki, yeni sənaye növləri planeti zəhərləyən tullantıların olmasına yol verməyəcək. Nanorobotlar digər planetlərdə insanın yaşayışıı üçün mühit yaradılmasına imkan verəcək.
Nanotexnologiya hərbdə
Hərbi ekspertlərin fikrincə, nanotexnologiya müasir hərbi əməliyyatların xarakterini də dəyişdirəcək. Bu özünü silahlanmada, rabitədə, hərbçilərin müdafiə keyfiyyətli geyimində, hərbi tibb sahəsində biruzə verəcək. Təqribən 200 mikron böyüklükdə gözəgörünməz silah-"həşarat" insanların yaşadığı mühitə buraxılacaq, bununla müdafiəsiz adamlar axtarılıb tapılacaq və onların bədəninə zəhər yeridiləcək. Əgər 50 milyard sayda bu cür silah yaradılsa, Yer üzündə hamını məhv etmək kifayətdir. Bu sayda belə silah bir çamadana yerləşə bilər. Nanotexnologiyalar əsasında yaradılacaq odlu silahlar çox güclü olacaq, onların güllələri isə hədəfi axtarıb tapmaqla məhv edə biləcək. Hazırda nanotexnologiyanın inkişafını informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər və onun üçün inkişaf etmiş ölkələrdə bu sahələrə böyük maliyyə vəsaitləri ayrılır.
Nanotexnologiya Azərbaycanda
Nanotexnologiya sahəsində Azərbaycanda da intensiv işlər gedir. Yaxın gələcəkdə nanotexnologiya məhsullarının Azərbaycana daxil olacağı proqnozlaşdırılır. Ölkəmizdə yalnız Bakı Dövlət Universitetində nanotexnologiya üzrə kadr hazırlanmaqdadır. BDU-da nanotexnologiya sahəsində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədilə kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında “Nano araşdırmalar mərkəzi” açılıb və hazırda nanotexnologiyalar istiqamətində tədqiqat işləri aparılır. Mərkəzdə polimerin səthində yarımkeçiricilər alınır və polimer yarımkeçirici maddələr hazırlanır. Labaratoriya şəraitində müxtəlif hissəciklər alınır, onların fiziki, kimyəvi xassələri öyrənilir. 2007-ci ildə akademik Abel Məhərrəmovun rəhbərliyi altında yaradılan BDU alimlərindən ibarət qrup Azərbaycan Respublikasında 2015-ci ilə qədər nanotexnologiyanın inkişaf proqramının layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir. Ayrı-ayrı nazirliklər və komitələrin layihəni yüksək qiymətləndirməsinə baxmayaraq onun qəbulunda hələ də ləngimələr var. BDU-nun nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Məhəmmədəli Ramazanov deyib ki, iqtisadi göstəricisi Azərbaycandan qat-qat aşağı olan Qırğızıstan 2008-ci ildə nanotexnologiyanın inkişafı ilə bağlı 60 milyon dollar dəyəri olan dövlət proqramı qəbul edib. Azərbaycanda isə bu sahənin inkişafı üçün cüzi vəsait ayrılıb.
Növbəti yazılarda çox maraqlı bir mövzu: Nano texnologiyası ilə hazırlanan Biodisklər haqqında yazacağam
axırıncı dəyişikliklər (11.02.10 05:38)




Şərhər
çox sağolun
RSS şərhlər bu posta uyğun olaraq.