
Bazar kapitallaşması üzrə dünyanın ən iri bankı olan Citibank bildirib ki, xakerlər təşkilatın kompüter şəbəkəsinə hücum edib. Nəticədə, 210 mindən artıq müştəriyə (ümumilikdə, bank müştərilərinin 1%-i) məxsus şəxsi məlumatlar oğurlanıb.
Bank nümayəndələrinin xəbər verdiyi kimi, oğurlanmış informasiya müştərilərin adları, hesab nöm
rələri və əlaqə məlumatlarından ibarətdir. Digər şəxsi məlumatlara (məsələn, doğum tarixi və kredit kartların kodları) isə toxunulmayıb.
Bank Bu Hadisəyə Necə Açıqlama Verib?
Bank bu hücumun hansı yolla baş verdiyini açıqlamır. “Şəxsi məlumatları kibercinayətkarların əlinə düşmüş müştərilərlə əlaqə saxlamışıq. Hal-hazırda təhlükəsizlik xidmətimiz belə bir halın təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməkdədir”, – Citibank-ın rəsmi nümayəndələri belə bir açıqlama ilə kifayətlənib.
Son zamanlar iri şirkət saytlarına xaker hücumları olduqca tez-tez baş verir. Məsələn, yaxın günlərdə Playstation Network (PSN) saytına edilmiş silsilə kompüter hücumlarını xatırlayaq. Bu kiberhücum nəticəsində, şirkətə 170 mln. dollar həcmində zərər dəymişdi.
Maksimal Təhlükəsizliyi Necə Təmin Etmək Olar?
Kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış RSA şirkəti maksimal təhlükəsizliyi təmin etmək məqsədilə müştərilərin identifikasiyası alqoritmlərini dəyişməyi tövsiyə edir. Çox güman ki, xakerlər hücum zamanı məhz bundan yararlanır.
Mənbə: www.texnomedia.com



