free counters

 

statcounter free invisible

Banner

Bu günlərdə dünyanın ən iri sosial şəbəkəsi Facebook fotoda üzün avtomatik tanınması funksiyasını işə saldı.

 

Tag Suggestions adlanan bu servis buraya əlavə olunan şəkildə simanı avtomatik olaraq tanıyır. Daha sonra bu görüntüdə dostları qeyd etmək imkanı yaranır.

 

Xidmət Qısa Zamanda İstifadəçilər Arasında Populyarlaşıb

Facebook öz rəsmi bloqunda bildirir ki, bu xidmətin işə salındığı ilk gündən etibarən istifadəçilər onun köməyilə 100 mln.-dan artıq nişan qoymuşlar. Bu yeni funksiya kifayət qədər rahatdır və kütləvi yükləmə zamanı (xüsusən hər hansı bir tədbirdən sonra) fotoların emalını xeyli asanlaşdırır.

Buna rəğmən, ötən ilin dekabrında funksiya ilk dəfə elan ediləndə, əksər istifadəçilər ehtiyatlanmışdı ki, bu servis məxfiliyin pozulmasına səbəb ola bilər.

Bəzi İstifadəçilər Öz Narazılığını Bildirib

Şirkət nümayəndələri isə narahat olan istifadəçiləri sakitləşdirməyə çalışaraq bildirmişdilər ki, Tag Suggestions yalnız istifadəçilərin dostları çərçivəsində işləyəcək, yəni heç də bütün abunəçi bazasını əhatə etməyəcək.

İstənilən halda, Tag Suggestions-dan xoşlanmayan istifadəçilər öz akkauntlarında bu funksiyanı söndürə bilərlər.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511910
 10 qonaq