Dr.Web şirkəti Android Light üçün Dr.Web pulsuz proqram təminatının yenilənmiş versiyasını təqdim edib.
Son Versiyaya Edilmiş Yeniliklər
Son versiyada kompüterə birbaşa qoşulma vasitəsilə virus bazasının yenilənməsi imkanı mpvcuddur (əgər mobil qurğu bu funksiyanı dəstəkləyirsə).
“Yalnız Wi-Fi” opsiyası “Mobil İnternetdən (Mobile Network) İstifadə Etməyin” parametri ilə əvəzlənmişdir. İndi virus bazasını yeniləmək üçün internetə qoşulmuş kompüter və ya WiMAX, Wi-Fi və 3G şəbəkələrini işə salmaq mümkündür. Beləliklə, istifadəçilər mobil operator tarifi üzrə trafiki yeniləmə xərclərindən qurtulmuş olacaqlar.
Android Light üçün Dr.Web Proqramını Necə Yeniləməli?
Android Light üçün Dr.Web istifadəçiləri üçün yenilənmə avtomatik olaraq həyata keçəcək. Amma əgər qurğuda avtomatik yenilənmə opsiyası aktiv deyilsə, Android Market-ə daxil olub antivirus siyahısından Dr.Web Light proqram əlavəsini seçib “Yeniləmək” düyməsini basmaq gərəkdir.
Proqramı “Doktor Veb” saytı vasitəsilə yeniləmək istəyirsinizsə, o zaman yeni distributivi yükləyin.
Mənbə: www.texnomedia.com




