Bir neçə həftə öncə, Sony şirkətinə məxsus saytlardan birini sındırdıqdan sonra popurlayaşan LulzSec xaker qrupu Twitter-də oyun istehsalçısı Bethesda şirkətinin saytına da hücum etdiyini bildirib.
Daha sonra ABŞ senatının saytının da bu xaker qrupu tərəfindən zərər çəkdiyi məlum olub. Sübut kimi qrup senatın serverindən əldə etdiyi faylı internetə yükləmişdir. Xoşbəxtlikdən, faylda heç bir məxfi məlumat yoxdur.
LulzSec-dən Olan Xaker Qrupu Hücumu Necə İzah Edib?
LulzSec bildirib ki, bu kiberhücumun başlıca məqsədi müdafiə səviyyəsini yoxlamaq olub. Nəticədə, məlum olub ki, dövlətə məxsus bu onlayn resursun müdafiəsi aşağı səviyyədədir.
Xakerlər Bethesda Şirkətinin 200 000-dən Artıq İstifadəçi Hesabına Dair Məxfi Məlumatı Ələ Keçirib
Oyun istehsal edən Bethesda şirkətinə edilmiş xaker hücumuna gəldikdə, qeyd etmək lazımdır ki, bu hələ 2 ay bundan öncə baş verib. Sadəcə, LulzSec bu hadisə barədə ictimaiyyətə yalnız indi xəbər verib.
Sübut kimi xakerlər saytın serverindən əldə etdikləri bütün faylları (yalnız 200 mindən artıq istifadəçi adları və şifrələrindən ibarət baza istisna olmaqla) onlaynda yerləşdiriblər. Məlumat bu yaxınlarda işıq üzü görmüş Brink şuterinin oyunçularına aiddir.
LulzSec nümayəndələri bildirib ki, onlar bu oyun istehsalçısını bəyənirlər və istəyirlər ki, şirkət tezliklə Skyrim platformasını ərsəyə gətirsin. Elə bu səbəbdən saytı sındırmış xakerlər istifadəçilər haqqından əldə etdikləri məlumatı açıqlamaq niyyətində deyillər.
Mənbə: www.texnomedia.com




