free counters

 

statcounter free invisible

Banner

Təqribən bir il bundan öncə, Oracle Google-u Java texnologiyası üzrə intellektual hüquq pozuntusunda ittiham edərək məhkəməyə vermişdi.


 

Bu həftə Oracle-ın məhkəmədə almaq istədiyi kompensasiyanın həcmi bəlli olub. Rəsmi olaraq çərşənbə axşamı açıqlanmış sənədlərdə milyard dollarlardan söhbət gedir. Başqa sözlə, Google məhkəmədə məğlub olarsa, bu kompensasiyanı ödəməli olacaq. Belə gözlənilir ki, işə noyabrda baxılacaq.

Google-un Məsələyə Münasibəti

Bütün bunlara rəğmən, Google Oracle-ın bu ittihamının əsassız, kompensasiyanın hesablanması metodikasında isə müəyyən səhvlərin olduğunu dəfələrlə bildirib.

Xatırladaq ki, əvvəllər Sun şirkətinə məxsus olan Java-ya olan bütün hüquqlar Oracle şirkəti 2010-cu ilin yanvar ayında aldıqdan sonra ona keçmişdir.

Qeyd edək ki, açıq çıxış koduna əsaslanan Android əməliyyat sistemində Java kodu tətbiq olunub. Bu kod da qismən açıqdır. Həm Sun, həm də Oracle Java-nı tamamilə Open Source edəcəklərini vəd etsələr də, hələ ki, bu yerinə yetirilməyib.

Microsoft Bunabənzər Hallardan Asan Çıxış Yolu Tapıb

Qeyd edək ki, Microsoft şirkəti bənzər məhkəmə qalmaqallarından qaçmaq üçün bu yaxınlarda Article One Partners şirkətinin xidmətlərindən istifadə etməyə başlayıb. Adı çəkilən bu qurum hər hansı bir patent əldə olunmazdan öncə onu yoxlayır.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511917
 11 qonaq