7 iyunda isə şirkət Photovine ticarət nişanını qeydiyyat keçirdi. Bir həftə sonra isə MarkMonitor proxy-firmasının vasitəçiliyi ilə Google Photovine.com domenini əldə etdi.
Məlum olduğu kimi, Google Picasa milyonlarla istifadəçinin öz şəkillərini saxladığı pulsuz xidmətdir.
Bu layihənin konkret olaraq nəyə həsr olunacağı hələlik bəlli olmasa da, ticarət nişanına dair sənəddə “qrafik təsvirlərin və telerabitə şəbəkələri üzrə məlumatların ötürülməsi” və “sosial şəbəkə onlayn xidmətləri” kimi ifadələr az da olsa məsələyə aydınlıq gətirir.
Picasa sosiallıqdan uzaq olan ənənəvi şəkil saxlama xidmətidir. Ona görə də belə güman etmək olar ki, Google dostların fotokolleksiyalarını sosial lentlərə inteqrasiya etmək üçün Instagram və ya Picplz kimi sistem işə salmağı planlaşdırır.
Photovine Apple iCloud Xidmətinin Analoqu Olacaq?
Belə bir ehtimal da mövcuddur ki, Photovine 1000-ə qədər şəkli qurğular arasında ötürmək imkanına malik Apple iCloud layihəsinə bənzəyə bilər. Düzdür, iCloud sosial xarakterli deyil.
Hər halda, Photovine yalnız tam olaraq istifadə verildikdən sonra onun başlıca fərqli özəllikləri məlum olacaq.
Mənbə: www.texnomedia.com





