free counters

 

statcounter free invisible

Banner

Apreldə elan edilmiş Symbian Anna sistemi gələn ay bazarda artıq mövcud olan Nokia N8, E7, C7 və C6-01 smartfonlarında tətbiq olunacaq.


 

Xatırladaq ki, Nokia E6-00 və Nokia X7 telefonları əvvəlcədən bu proqram təminatı ilə təchiz olunur. Artıq iyuldan etibarən isə yuxarıda adı çəkilən o biri modellər də Symbian Anna əməliyyat sistemi ilə buraxılacaq.

Avqustda isə Nokia mobil telefon sabibləri öz istifadə etdikləri qurğuda əməliyyat sistemini müstəqil yeniləmə imkanı əldə edəcəklər.   

Yenilənmə şəxsi kompüterdə “client-system” və ya sadəcə, Wi-Fi vasitəsilə həyata keçirilə bilər.

Yeni Symbian Anna Platformasının Başlıca Xüsusiyyətləri

  • Symbian Anna-da yeniliklər o qədər də çox deyil: forması dəyişdirilmiş ikonlar, təkmilləşdirilmiş və daha məhsuldar veb-brauzer, tamamlanmış mətn daxiletmə opsiyası və yenilənmiş kartlar;

  • Mətn yığımı zamanı ekran iki hissəyə bölünür: bir hissədə mətn daxil etmək yer, digərində isə ekran klaviaturası görünür;
  • Ovi Maps-ə sosial şəbəkə dəstəyi əlavə olunmuş və axtarış sistemi yaxşılaşdırılmışdır. Bundan əlavə, müəyyən məkanlarla hətta SMS-məlumat mübadiləsi aparmaq mümkündür.

Bununla yanaşı, sosial “client” sistemi əlavə olaraq işlənmişdir və indi əlaqə məlumatlarında istifadəçilərin statusu görünür. Bundan əlavə, Retweet funksiyası və abunəçiıərin siyahısını nəzərdən keçirmə imkanı da yaranmışdır.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511919
 5 qonaq