free counters

 

statcounter free invisible

Banner

EA və BioWare Mass Effect 3 oyununda reklamdakı komandir Şepard rolunda qadın obrazından istifadə etməyi qərara alıblar.


 

Bioware şirkətinin reklam üzrə direktoru David Silverman öz Twitter səhifəsində bildirib ki, şirkət tezliklə qadın obrazının iştirak edəcəyi treyler buraxmağı planlaşdırır. Hal-hazırda proqramçılar personajın xarici görünüşünü müzakirə etməkdədir.

Qəhrəmanın Xarici Görünüşü

Qeyd edək ki, Mass Effect və Mass Effect 2 oyunları arasında keçid zamanı Şepard obrazının xarıci görkəmi bir qədər dəyişib. BioWare kosmik komandirin optimizasiyası zamanı oyunsevərlərin rəylərini də nəzərə alacaq.

Mass Effect 3 Oyununun Kolleksiya Nəşri Nə Zaman Alıcılara Təqdim Olunacaq?

Proqramçılar əminliklə bildirirlər ki, qadın obrazı oyunun kolleksiya nəşrində də tətbiq olunacaq. Kolleksiya 2012-ci ilin ilk rübündə oyunla birgə işıq üzü görəcək.

Bir sözlə,, BioWare və EA kifayət qədər cəsarətli addım atıblar. Çünki bir qayda olaraq belə hesab edilir ki, bu tip oyunlarda qadın obrazları istehlakçıların diqqətini cəlb etmir.

 

Mənbə: www.texnomedia.com

 

Şərh əlavə et


Təhlükəsizlik şifrəsi
Yenilə

Saytımızda hansı proqram haqda dərslərin olmasını istəyirsiniz?
 
Üzv : 24
Kontent : 1146
Baxılanlar : 511920
 5 qonaq